Ana Allende

International consultant


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzliyə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində təyin olunmuş ispaniyalı beynəlxalq müşavir - Ana Allende.

Qeyd edək ki, beynəlxalq müşavirlərin cəlb edilməsində məqsəd ölkəmizdə qida təhlükəsizliyi sisteminin davamlı inkişaf etdirilməsi, milli qanunvericilik aktlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, risk qiymətləndirilməsi, fitosanitar, baytarlıq sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, kadr hazırlığının yüksəldilməsidir.

İspaniyadan seçilmiş müşavir Ana Allende qida elmi və texnologiyası üzrə yüksək səviyyəli  mütəxəssisdir. O, hazırda Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) BIOHAZ panelinin sədr müavini - panelin üzvü, CEBAS-CSIC (İspan Milli Araşdırma Şurası) direktor müavini, dondurulmuş meyvə-tərəvəzlərin, o cümlədən otların emalı zamanı Listeria monocytogenes patogeni tərəfindən xalqın sağlamlığı üçün təhlükənin yaranması üzrə BIOHAZ (bioloji təhlükə) qrupunun sədridir. Qida elmi və texnologiyası ABŞ, İspaniya, Belçika və digər Avropa ölkələrində, o cümlədən Avropa Qida Təhlükəsizliyi Təşkilatında 20 ildən çox zəngin iş təcrübəsinə malikdir.

A.   Allende Braziliya, Portuqaliya, İspaniya, ABŞ, Belçika, Kanada və Fransanın nüfuzlu universitetlərində və laboratoriyalarında qida texnologiyaları, istehsal keyfiyyəti və təhlükəsizliyi üzrə akademik fəaliyyətlə məşğul olub, ziyarətçi alim kimi çalışıb.

Bundan başqa, o bir çox beynəlxalq təlim və seminarlarda tərəvəz gigiyenasına rəsmi nəzarət proqramları, “AHDB Microbials” təzə məhsuldakı xloratlar səviyyəsi, çirkab suların təmizlənməsi üçün optimal texnologiyaların və təmizləyici qurğuların seçilməsi, qida təhlükəsizliyi riskləri faktorları haqqında "Məhsul sonrası Keyfiyyətli İdarəetmə", “İlkin kənd təsərrüfatı istehsalının gigiyenası və rəsmi nəzarəti", qida sabitliyini idarə etmək üçün fiziki müdaxilə texnologiyaları, məhsul yığımı sonrası fiziologiya və texnologiya, bitki məhsullarının mikrobiologiyası və qida emalı və konservasiyasının inkişaf edən müalicələri və digər aktual mövzuları tədris edib, mühazirələr oxuyub.

Beynəlxalq təşkilatların müxtəlif komitələrində və işçi qruplarında ekspert kimi də uğurlu fəaliyyət göstərən  A. Allende Ərxaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qida istehsalı və emalında istifadə olunan suyun təhlükəsizliyi və keyfiyyəti, mikrobioloji Risklərin Qiymətləndirilməsi (JEMRA), Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) BIOHAZ İşçi Qrupunda qeyri heyvan mənşəli qidada patogenlərin yaratdığı risk və digər iclas və layihələrdə məsləhət xidmətləri verib.  Son beş il ərzində (2015-2019) fərqli jurnallarda nəşr edilən müxtəlif səpkili 52 məqalənin həmmüəllifi və müəllifi olub.


Ringoldsv Arnitis

International consultant


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzliyə heyvan və bitki sağlamlığı sahəsində təyin olunmuş latviyalı beynəlxalq müşavir - Ringoldsv Arnitis.

Qeyd edək ki, beynəlxalq müşavirlərin cəlb edilməsində məqsəd ölkəmizdə qida təhlükəsizliyi sisteminin davamlı inkişaf etdirilməsi, milli qanunvericilik aktlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, risk qiymətləndirilməsi, fitosanitar, baytarlıq sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, kadr hazırlığının yüksəldilməsidir.

Latviyadan seçilmiş müşavir Ringoldsv Arnitis hazırda Latviyada Riqa Dövlət Bitki Mühafizə Xidməti direktorunun baş məsləhətçisi vəzifəsində çalışır. 27 illik iş təcrübəsinə malik R. Arnitis qida təhlükəsizliyinin müxtəlif sahələri üzrə İtaliya, İspaniya, Latviya və Fransada çalışıb, habelə ölkəsində Parlament katibi, Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifələri icra edib. Azərbaycanda da fəaliyyət göstərən Ringoldsv Arnitis 2019-cu ildən ölkəmizdə Beynəlxalq Fitosanitar məsləhətçi kimi çalışır.

Bundan başqa, cənab Arnitis səmərəli və uzunmüddətli fəaliyyətinə görə 2008-ci ildə Latviya hökuməti tərəfindən təltif edilib. Kənd təsərrüfatı naziri tərəfindən “Çalışanlıq üzrə” və Ərzaq və Baytarlıq Xidmətindən “Əməkdaşlıq üzrə” medalları ilə təltif olunub.

Yüksək bilik və təcrübəyə malik şəxs kimi o, həmçinin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında (FAO) və İPCC, Minsk, Belarusiya, Rusdilli ölkələrdə potensialın artırılması üzrə fitosanitar mütəxəssislər üçün, ABŞ-da Kənd Təsərrüfatı İdarəsi və Heyvan və Bitki Sağlamlığına Nəzarət Xidmətində (USDA / APHIS), Merilend (Amerika Birləşmiş Ştatları) "Bitki Sağlamlığı Sisteminin Təhlili” adlı və ingilis dili bilikləri, digər inzibati məsələlər üzrə müxtəlif təlim kurslarında iştirak edib.


Nevzat Birişik

International consultant


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzliyə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində təyin olunmuş türkiyəli beynəlxalq müşavir - Dr. Nevzat Birişik.

Qeyd edək ki, beynəlxalq müşavirlərin cəlb edilməsində məqsəd ölkəmizdə qida təhlükəsizliyi sisteminin davamlı inkişaf etdirilməsi, milli qanunvericilik aktlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, risk qiymətləndirilməsi, fitosanitar, baytarlıq sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, kadr hazırlığının yüksəldilməsidir.

Hal-hazırda İnönü Universiteti, Ədəbiyyat fakültəsi, Molekulyar Biologiya və Genetika (İngilis dili) və Adıyaman Universiteti, Əkinçilik elmləri və texnologiyaları fakültəsi, Bitki mühafizəsi sektorunda müəllimlər heyətinin üzvü olan Dr. Nevzat Birişik Türkiyədən seçilmiş müşavirdir.

İngilis, italiyan, rus və fransız dillərini bilən N. Birişik 20 ildən artıq təcrübəyə malikdir. O həm də, TCR1 zonasında əkinçilik, gəlir və məşğulluğun artırılması üçün müasir şitil və cücərti ehtiyaclarını, istehsal və marketinq imkanları və fitoklinika (fitosanitar diaqnostika) xidmətlərinin inkişafı və yayılması adlı layihələrini davam etdirir. Qida Təhlükəsizliyi və Etibarlılıq üzrə Qida İstehsalı Strategiyaları, Beynəlxalq Ticarət, Qanunvericilik və Qida Təhlükəsizliyi xidmətlərinin planlaşdırılması və icrası, Bitki Mühafizəsi üzrə Ümumi Bitki Mühafizəsi, Beynəlxalq və Regional Bitki sağlamlığı ve IPM Startegiyalarının tətbiqi, Virusologiya sahəsi üzrə, Ümumi virusalogiya və Bitki virus xəstəliklərinin təyini, diaqnoz və mübarizəsi mövzusunda təhsil və araşdırma fəaliyyətləri və bir çox sahələrdə iş təcrübəsinə malikdir.

İdarəçilik üzrə də iş təcrübəsinə malik olan Nevzat Birişik Türkiyədən başqa Fransa, Belçika, İsveçrə, İtaliyada beynəlxalq təşkilatlarda iştirak edib. Rəsmi və elmi vəzifələr üzrə 20 ölkədə fərqli vaxtlarda beynəlxalq səfərlərdə iştirak etməklə yanaşı, özünə aid 115 ha təsərrüfatda əkinçilik fəaliyyətləri həyata keçirir.

5 yerli və 12 nüfuzlu xarici nəşr olmaqla 27 məqalənin müəllifi olan N. Birişik həmçinin, “Nazir təşəkkürü”, “Adana Polis MYO”, ”Konqresin birincisi” və “Beynəlxalq magistr təqaüdü” adlı mükafatlara layiq görülüb.


Veli Cengiz Özalp

International consultant


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzliyə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində təyin olunmuş türkiyəli beynəlxalq müşavir - Veli Cengiz Özalp.

Qeyd edək ki, beynəlxalq müşavirlərin cəlb edilməsində məqsəd ölkəmizdə qida təhlükəsizliyi sisteminin davamlı inkişaf etdirilməsi, milli qanunvericilik aktlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, risk qiymətləndirilməsi, fitosanitar, baytarlıq sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, kadr hazırlığının yüksəldilməsidir.

Hazırda Ankara Atilim Universiteti, Tibbi biologiya fakültəsinin professoru olan Veli Cengiz Özalp Türkiyədən seçilmiş müşavirdir. 29 illik iş təcrübəsinə malik olan V. C.Özalp 1991-ci ildən başlayaraq müxtəlif dövrlərdə Türkiyə, ABŞ, Macarıstan, İtaliyada, İspaniya və Danimarkanın nüfuzlu universitetlərində elmi və elmi tədqiqat fəaliyyəti ilə məşğul olub. Tibbi biologiya üzrə yüksək bilik və bacarıqlara sahib olan Veli Cengiz Özalp öz araşdırmaları ilə bağlı dünyanın aparıcı elmi yayınlarıda vaxtaşırı məqalələrlə çıxış edir. O, eyni zamanda bir sıra patentlərin, o cümlədən bioloji və ya sintetik molekullarla örtülmüş silisium hissəciklərinə əsaslanan tətbiqlər və alətlərin, lateral axın analizləri üçün aptamer qapalı nanohissəciklərin, nuklein turşusu nanobiosensorların, nanotexnologiyadan istifadə edərək feromon ölçmə cihazı və üsulunun müəllifidir.

Cənab Özalp, həmçinin 2015-2020-ci illərdə Türkiyənin Altınbaş Universitetində və Konya Qida və Aqrar Universitetində müxtəlif məsul vəzifələrdə çalışıb.


Güvən Günərən

International consultant


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzliyə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində təyin olunmuş türkiyəli beynəlxalq müşavir - Güvən Günərən.

Qeyd edək ki, beynəlxalq müşavirlərin cəlb edilməsində məqsəd ölkəmizdə qida təhlükəsizliyi sisteminin davamlı inkişaf etdirilməsi, milli qanunvericilik aktlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, risk qiymətləndirilməsi, fitosanitar, baytarlıq sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, kadr hazırlığının yüksəldilməsidir.

Türkiyədən seçilmiş müşavir Güvən Günərən Hazırda Albaniyada heyvan sağlamlığı və kənd təsərrüfatı məhsullarının tədarükü (mal-qaranın semen idxalı daxil olmaqla), bu sahədə texniki yardım və təchizatla bağlı məsləhət xidmətləri göstərən “Pets & Partners Shpk” adlı şirkətin direktorudur.

Qida təhlükəsizliyi və baytarlıq xidmətləri sahəsində Türkiyə, Kosovo, Albaniya və Moldovada 31 illik zəngin təcrübəyə malikdir. Güvən Günərən Azərbaycanda da səmərəli fəaliyyət göstərib. Belə ki, 2016-cı ildə Azərbaycan Dövlət Baytarlıq və Laboratoriya Şəbəkəsinin yenidən qurulmasına və inkişafına rəhbərlik edib. Dünya Bankının Azərbaycanda həyata keçirdiyi layihələrdə beynəlxalq məsləhətçi olaraq çalışıb.

Güvən Günərən AB-nin “Acquis Communautaire” qanunvericiliyində qida və baytarlıq sahəsində yüksək bilik və bacarıqlara sahibdir, AB PRAG bilik və təcrübəsinə yiyələnib, o cümlədən AB PRAG qrantlarının qazanma yollarını və qaydalarını mükəmməl bilir. Həmçinin AB və BMT-nin Nəzarət Proqramlarında 15 ildən artıq məsləhət xidmətləri verib. Fəaliyyətinin 10 ilini molekulyar biologiya, xüsusilə də rekombinanat DNT texnologiyası üzrə araşdırmalara  sərf edən Güvən Günərən laboratoriya sistemləri ilə bağlı zəngin təcrübəyə malikdir. Belə ki, Türkiyə, Albaniya və Kosovoda heyvan xəstəliklərinin diaqnostikası, heyvan sağlamlığı üzrə akkreditə olunmuş laboratoriyalarda mükəmməl nəzəri biliklərə və təcrübəyə yiyələnib. 1991-ci ildən PZR metodunun tətbiqinə başlayıb. Ankara Universitetinin nəzdində Baytarlıq Tibb Fakültəsinin Genetika Departamentində Molekulyar Genetika Tədqiqat Laboratoriyasının əsasını qoyub. Kosovo İctimai Sağlamlıq İnstitutunun nəzdində Mikrobiologiya Laboratoriyasında Quş Qripi Diaqnoz Laboratoriyaları Bölməsini yaratmağa müvəffəq olub.

Bundan başqa, Güvən Günərən heyvandarlıqda yerli türk maldarlıq cinslərinin xarakteristikası üçün sintetik DNT ardıcıllıqları əsasında Türkiyədə heyvandarlıq sahəsində rekombinant DNT üsullarını tətbiq etmişdir. Bir sıra ölkələrdə quş qripinə yoluxma, epidemiologiya, heyvandarlıqda idarəetmə sistemləri, laboratoriya sahəsində səriştəlilik və qida təhlükəsizliyinə dair çoxsaylı təlimlər keçirib. BMT-nin təşəbbüskarı və bilavasitə iştirakçısı olduğu layihələrdə qida təhlükəsizliyi və heyvandarlığın inkişafı üçün vasitələr hazırlayıb.

Güvən Günərən Kosovo və Albaniyada kənd təsərrüfatı, ucqar bölgələrin inkişafı, qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya siyasəti sahələrində əldə edilmiş uyğunluq üçün potensialın artırılması sahəsində də fəaliyyət göstərib. 2019-cu ildə isə Albaniyada Qida Təhlükəsizliyi və Baytarlıq Laboratoriyaları Şəbəkəsini qurmağa nail olub.