Qısa tarixçə

Government services

ASAN PƏNCƏRƏ

Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması qaydaları

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatını və dövlət reyestrinin aparılmasını həyata keçirir.

Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində və Agentliyə ünvanlanmış müraciətlər əsasında həyata keçirilir.

Qeydiyyat üçün sahibkarlar tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

- Ərizə

- Fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti

- Vergi ödəyicisi olmasını təsdiq edən uçota alınma haqqında şəhadətnamənin surəti

- Hüquqi şəxslər tərəfindən dövlət reyestrindən çıxarışın surəti

- Sahibkarın səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən sənəd

 Qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti

- Müraciət edən idxalçı və ya xarici təsərrüfat subyekti olduqda ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən subyektin (onun obyektinin) qeydiyyata alınmasını təsdiq edən sənəd və məhsulun təhlükəsizliyini xarakterizə edən müvafiq sertifikatın (mövcud olduqda) notariat qaydasında təsdiq edilmiş surəti

- Dövlət rüsumunun ödənişini təsdiq edən sənəd

QEYD: Ərizədə qeydiyyata alınan sahibkarlıq subyektinin adı, hüquqi ünvanı və ya qeydiyyat ünvanı, fəaliyyət istiqaməti, qeydiyyata alınan subyektin fəaliyyət istiqamətindən asılı olaraq həmin fəaliyyətin həyata keçirildiyi faktiki ünvanı, VÖEN-i, səlahiyyətli nümayəndəsi (varsa) barədə, habelə işçilərin (tibbi müayinədən keçmiş işçilər daxil olmaqla) sayı barədə, məhsul və ya xidmət haqqında məlumatlar əks olunmalıdır.

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “Sertifikatlaşdırma və qeydiyyat” pəncərəsinin ünvanları

1. 1 saylı Bakı “ASAN kommunal” mərkəzi – Bakı şəhəri, Bakı ətrafı kənd və qəsəbələr

Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 34, AZ1078

2. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi - Bakı şəhəri, Bakı ətrafı kənd və qəsəbələr

Ünvan: Bakı, A.M.Şərifzadə küç. 157

3. Sumqayıt regional “ASAN xidmət” mərkəzi – Sumqayıt, Abşeron, Siyəzən, Qobustan, Xızı, Şamaxı

Ünvan: Sumqayıt şəhəri, Bakı küçəsi, 15-ci məhəllə 42d

4. Quba regional “ASAN xidmət” mərkəzi – Quba, Qusar, Xaçmaz, Şabran

Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti 1

5. Mingəçevir regional “ASAN xidmət” mərkəzi – Mingəçevir, Ucar, Göyçay, Ağdaş, Yevlax, Zərdab, Kürdəmir, Ağsu

Ünvan: Heydər Əliyev prospekti 380 AZ 4500

6. Masallı regional “ASAN xidmət” mərkəzi – Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara, Lerik

Ünvan: Masallı rayonu, Heydər Əliyev prospekti

7. Qəbələ regional “ASAN xidmət” mərkəzi – İsmayıllı, Şəki, Qax, Qəbələ, Balakən, Oğuz, Zaqatala

Ünvan: Qəbələ rayonu, Elçin Kərimov 79

8. Gəncə regional “ASAN xidmət” mərkəzi – Goranboy, Gəncə, Göygöl, Samux, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Daşkəsən .

Ünvan: Gəncə, Heydər Əliyev prospekti 269

9.Bərdə regional “ASAN xidmət” mərkəzi – Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Zərdab, İmişli, Goranboy, Naftalan, Yevlax, Beyləqan, Füzuli və işğal olunmuş ərazidə qeydiyyatda olan vətəndaşlar

Ünvan: Bərdə rayonu, Heydər Əliyev prospekti 100

10. Sabirabad regional “ASAN xidmət” mərkəzi – Hacıqabul, Şirvan, Sabirabad, Salyan, Neftçala, Saatlı, İmişli

Ünvan: Sabirabad rayonu, Heydər Əliyev prospekti 128

11. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi - Bakı şəhəri, Bakı ətrafı kənd və qəsəbələr

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi 16, AZ 1073.