AQTA fitosanitar monitorinqləri davam etdirir
26 Aprel 2024 17:36
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentlik əməkdaşları ixrac potensiallı məhsullar olan badam bağlarında və kartof sahələrində monitorinqlər aparıb.
Monitorinqlər zamanı Ağsu rayonunun Növcü kəndində 30 hektar, İsmayıllı rayonunun Xəlilli kəndində 38 hektar badam bağından, habelə Ağsu rayonunun Qaraqoyunlu kəndində yerləşən kartof sahələrindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq sınaq laboratoriyasına təqdim edilib. Bununla yanaşı, yaşıllıq və park sahələrində də monitorinqlər həyata keçirilib.
Monitorinqlər nəticəsində kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp.sepedonicus) və karantin tətbiq edilməyən Fuzarioz çürümə (Fusarium solani) aşkarlanıb.
Kartof yumrularında halqavari bakterial çürümə aşkar edilmiş kartofçuluq təsərrüfatlarında bitki mühafizəsi tədbirlərinin görülməsi barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
Cari ilin 8 may tarixində 12 ticarət və 17 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 12 ticarət və 17 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
2024-cü il 7 may tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı, Lənkəran, Ağcabədi rayonlarında fəaliyyət göstərən 12 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə həyata keçirilən SOVQAT layihəsi davam etdirilir. Layihə çərçivəsində təşkil olunan növbəti “Peşəkarlarla görüş” “Qida sahəsində gigiyena tələbləri” mövzusuna həsr edilib.