Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
26 Aprel 2024 12:08
Daxil olan vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 90 A ünvanında fəaliyyət göstərən “Xan Çinar” kafesində plandankənar yoxlama keçirilib.
Baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, manqal sahəsinin yol kənarında, açıq hava şəraitində təşkil edildiyi, pəncərələrin qoruyucu tor örtüklə təmin edilmədiyi aşkarlanıb. Eyni zamanda mətbəx sahəsində havalandırma sistemlərinin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi və xüsusi geyim forması ilə təmin olunmadığı məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. İctimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, çalışan işçilərin tibbi müayinədən keçənədək işdən kənarlaşdırılması barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul olunub.
Oxşar xəbərlər
COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
Cari ilin 8 may tarixində 12 ticarət və 17 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 12 ticarət və 17 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
2024-cü il 7 may tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı, Lənkəran, Ağcabədi rayonlarında fəaliyyət göstərən 12 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Nərimanov rayonunda fəaliyyət göstərən bazarda bəzi məhsulların satışı sahələrinə məhdudiyyət qoyuldu
Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanında fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.