AQTA: Mövsümi yağıntılar göbələk xəstəlikləri riskini artırır
29 Aprel 2026 12:01
Qida Təhlükəsizliyi Agentliyi mövsümi yağıntıların intensivləşməsi ilə əlaqədar bitkiçilik məhsullarının istehsalçılarına müraciət edir.
Bağ və əkin sahələrində rütubət səviyyəsinin yüksəlməsi monilioz, unlu şeh, pas və bu kimi göbələk mənşəli xəstəliklərin yaranması, habelə sürətlə yayılması riskini artırır. Bu hallar məhsuldarlığa və məhsulun keyfiyyətinə ciddi mənfi təsir göstərə bilər.
Bu baxımdan bir sıra profilaktik və bitki mühafizə tədbirlərinin həyata keçirilməsi zəruridir:
- xəstəlik əlamətlərini vaxtında aşkarlamaq üçün bağ sahələrində mütəmadi müşahidələr aparılmalı;
- bitkilərin havalanmasını (aerasiyasını) təmin etmək məqsədilə aqrotexniki qulluq tədbirləri həyata keçirilməli;
- suvarma rejimi optimallaşdırılmalı və artıq nəmlənmənin qarşısı alınmalı;
- tətbiq reqlamenti və təhlükəsizlik qaydaları gözlənilməklə, göbələk xəstəliklərinə qarşı müvafiq fungisidlərdən istifadə edilməli;
- xəstəliyə yoluxmuş bitki hissələri vaxtında sahədən uzaqlaşdırılaraq məhv edilməlidir.
Qeyd olunan tədbirlərin vaxtında və düzgün icra edilməsi bağlarda xəstəliklərin yayılmasının və məhsul itkisinin qarşısını alacaqdır.
Oxşar xəbərlər
Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq edilir
Azərbaycanın qida təhlükəsizliyi modeli əsasında Özbəkistan Respublikasında qida məhsullarına “tarladan süfrəyə” prinsipinə söykənən mərkəzləşdirilmiş qaydada nəzarətedici vahid orqan - Qida Təhlükəsizliyi Komitəsi yaradılıb. Bu ilin 12 may tarixində fəaliyyətə başlayan yeni qurum Karantin və Bitki Mühafizəsi Agentliyi, Baytarlığın İnkişafı Komitəsi və Sanitar-Epidemioloji Xidmətin müvafiq struktur bölmələrinin bazasında formalaşdırılıb.
Cüdoçu Vüqar Talıbov: İdmanda uğur yalnız güclü məşqlə deyil, sağlam seçimlərlə qazanılır – VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı kampaniyasını davam etdirir. Layihənin növbəti qonağı Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi, Avropa çempionu və dünya mükafatçısı Vüqar Talıbov olub. Tanınmış cüdoçu idmanla məşğul olan hər kəsə müraciət edərək bildirib ki, idmanda uğur yalnız güclü məşqlə deyil, sağlam seçimlərlə qazanılır:
AQTİ tərəfindən qida təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılması məqsədilə təlim təşkil olunub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) peşəkar təlimçisi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub. Təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilib, bu qaydalara gündəlik fəaliyyət zamanı riayət etməyin vacibliyi xüsusi vurğulanıb. Təlimçi tərəfindən qida zəncirinin bütün mərhələlərində yarana biləcək risklər və onların qarşısının alınması üsulları iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə şəxsi gigiyena qaydalarına əməl olunmasının qida təhlükəsizliyində həlledici rol oynadığı qeyd edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş