Qəhvəyi mərmər bağacığına qarşı vaxtında mübarizə aparılmalıdır
30 Aprel 2026 17:28
Qəhvəyi mərmər bağacığı ciddi təhlükə yaradan zərərvericilərdən biridir. 300-dən çox bitki növü ilə qidalanaraq məhsuldarlığın azalmasına səbəb olur. Ölçüsü 12–17 mm olan bu həşərat qəhvəyi rəngli, ləkəli və armudvari bədən quruluşuna malikdir. 35–100 km məsafəni uça bilməsi onun sürətlə yayılmasına şərait yaradır.
Yaz və yay aylarında əkin sahələrində mütəmadi müşahidə aparmaq vacibdir. Xüsusilə yarpaqların alt hissəsi, tumurcuqlar və meyvə saplaqları nəzərdən keçirilməlidir. Zərərverici aşkar edildikdə sahələrdə və təsərrüfat tikililərində feromon tələlərin quraşdırılması effektiv üsullardan biridir.
Yaşayış yerlərində isə mebel arxaları, divar boşluqları və digər gizli sahələr yoxlanmalıdır. Bağacıq aşkar edilərsə, süpürgə və ya tozsoran vasitəsilə toplanaraq məhv edilməsi tövsiyə olunur.
Kimyəvi mübarizə tədbirləri isə yalnız mütəxəssis tövsiyəsi ilə və axşam saatlarında aparılmalıdır.
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
- 1003 - Çağrı Mərkəzi
- (+994) 99 708 85 88 (qərb rayonları üzrə)
- (+994) 99 308 85 88 (şimal-qərb rayonları üzrə)
- Aqrar Xidmətlər Agentliyi: 088-588
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş