Bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
24 İyul 2025 17:00
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Meksika Birləşmiş Ştatlarının Koauila, Mexiko, Çixuaxua, Çyapas, Oaxaka, Yukatan, Tamaulipas, Sonora, Aquaskalyentes ştatlarında, Rusiya Federasiyasının Saxalin vilayətində yüksək patogen quş qripi xəstəliyi, Rusiya Federasiyasının Saratov vilayətində, Udmurtiya Respublikasında, Xantı-Mansi muxtar dairəsində və İsveç Krallığının Skane əyalətində isə qeydə alınmış Nyukasl xəstəliyi aradan qaldırılıb.
Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş