AQTA-da ərzaq bazarlarının sahibləri ilə görüş keçirilib
4 Sentyabr 2026 16:47
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhərində, eləcə də Abşeron-Xızı Regional Bölməsinin əhatə etdiyi Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərən ərzaq bazarlarının sahibləri ilə görüş keçirilib.
Görüşdə Agentlik tərəfindən ərzaq bazarlarında aparılan nəzarət tədbirləri zamanı aşkarlanan nöqsanlar, onların aradan qaldırılması istiqamətində sahibkarlar tərəfindən görülməli işlər və sağlamlaşdırma tədbirləri barədə məlumat verilib.
Sahibkarların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, AQTA tərəfindən ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinin təmin edilməsi istiqamətində sahibkarlara zəruri metodiki dəstək göstəriləcək.
Görüşdə sahibkarların diqqətinə çatdırılıb ki, ərzaq bazarlarının infrastrukturunun qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılması, həmçinin bazarlara qəbul edilən və istehlakçılara təqdim olunan qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülməlidir.
Sahibkarlara görülmüş işlərin nəticələri barədə AQTA-ya məlumat vermələri tapşırılıb.
Agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi, sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş