Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanına əsasən, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin və dövlət qulluğuna qəbulla bağlı namizədlərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılmalıdır.

Bununla əlaqədar, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin 5 iyul 2018-ci il tarixli Ü/025 nömrəli əmri ilə Agentliyin Apellyasiya Şurası yaradılıb, eyni zamanda, Apellyasiya Şurasının tərkibi və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Apellyasiya Şurası haqqında Əsasnamə” təsdiq edilib.

Apellyasiya Şurası ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır və öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.

Apellyasiya Şurasının e-ünvanı: apellyasiya@afsa.gov.az 


23.11.2023

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Apellyasiya Şurası haqqında Əsasnamə

386.35K
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
Video
İctimai iaşə obyektlərində reytinq (ulduz) sisteminin tətbiqi

İctimai iaşə obyektlərində reytinq (ulduz) sisteminin tətbiqi