Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu

Vətəndaşlar, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə necə müraciət edə bilərlər?

Vətəndaşlar Qida Təhlükəsizliyi Agentliyinə "1003 - Çağrı Mərkəzi", (012) 377 00 77 şəhər telefonu, eləcə də info@afsa.gov.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektimi necə qeydiyyatdan keçirə bilərəm?

Sahibkarlar qeydiyyat üçün Agentliyin “ASAN xidmət” mərkəzlərində (Xidmət 5, 6 və 7 saylı Bakı “ASAN xidmət” və 1 saylı Gəncə və 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzləri istisna olmaqla regional “ASAN xidmət” mərkəzlərində), KOB evləri və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən nümayəndəsinə ərizə ilə müraciət edə bilərlər. Müraciətlərin qəbulu onlayn qaydada da həyata keçirilir. Elektron sistem vasitəsi ilə qeydiyyatdan keçmək üçün Agentliyin rəsmi internet saytına daxil olaraq onlayn qeydiyyat üçün müraciət etmək mümkündür. Sistemə giriş Asan İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçirilir.

Vətəndaşlar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında qida məhsullarını yoxlatdıra bilərmi?

Vətəndaşlar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Analitik Ekspertiza Mərkəzi”nin nəzdində fəaliyyət göstərən laboratoriyalara müraciət edərək qida məhsullarını yoxlatdıra bilərlər. Müraciətə əsasən nümunə qəbul edilir və sınaqlara yararlı olub-olmaması müəyyənləşdirilir. Nümunələrin qablaşdırılması, miqdarı, çəkisi, temperaturu yoxlanılır, aparılacaq sınaqlar qeyd edilir və müvafiq laboratoriyaya göndərilir. Sınaqlar ən qısa zamanda, yüksək səviyyədə həyata keçirilir. Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə fiziki-kimyəvi, toksikoloji, bioloji (mikrobioloji, parazitoloji, genetik, virusoloji), bakterioloji laboratoriya analizləri həyata keçirilir, ekspertiza və tədqiqat xarakterli xidmətlər göstərilir.

İstehlakçılar qida məhsulları ilə bağlı hər hansı neqativ halla qarşılaşdıqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə şikayətlərini necə bildirə bilərlər?

İstehlakçılar qida məhsulları sahəsində neqativ hallarla qarşılaşdıqda konkret faktları qeyd etməklə “1003 - Çağrı Mərkəzi” və ya (012) 377 00 77 şəhər telefonu ilə əlaqə saxlayaraq məlumat verə bilərlər. Bundan başqa, Heydər Əliyev prospekti 185B ünvanına yazılı qaydada, eləcə də info@afsa.gov.az elektron poçt ünvanı və ya sosial şəbəkə hesabları vasitəsi ilə də şikayətlərini bildirə bilərlər.

Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
Video
İctimai iaşə obyektlərində reytinq (ulduz) sisteminin tətbiqi

İctimai iaşə obyektlərində reytinq (ulduz) sisteminin tətbiqi