Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
İsti havada qida zəhərlənmələrindən necə qorunmaq olar?
İsti havada qida zəhərlənmələrindən necə qorunmaq olar?

Yay aylarında havanın isti keçməsi qida məhsullarında bakteriyaların daha sürətlə çoxalmasına səbəb olur ki, bu da qida zəhərlənmələri riskini artırır. Bu riskin qarşısını almaq üçün qidaların hazırlanması və saxlanması zamanı bir sıra qida təhlükəsizliyi qaydalarına riayət olunmalıdır. Xüsusilə yay mövsümündə tez xarab olan ət, süd məhsulları, balıq və s. qidaların düzgün saxlanılması, hazırlanması və istehlakı vacibdir. İstifadə müddəti bitmiş, rəngi və qoxusu dəyişmiş məhsullardan istifadə edilməməlidir. Məhsul alarkən onun etiket məlumatlarına, son istifadə tarixinə və qablaşdırmaya diqqət yetirilməli, tez xarab olan qidalar müvafiq temperatur rejimində saxlanılmalıdır. Meyvə və tərəvəzlər istehlakdan əvvəl yaxşı yuyulmalı, konserv məhsullarında şişkinlik və ya zədələnmə müşahidə olunduqda onlardan istifadə edilməməlidir. Ət, toyuq və balıq məhsulları tam bişirilməli, çiy və hazır qidaların təmasına yol verilməməlidir. Yemək hazırlamazdan əvvəl və sonra əllər yuyulmalı, mətbəx alətləri və qida ilə təmasda olan səthlər təmiz saxlanılmalıdır. Qida zəhərlənmələri ürəkbulanma, qusma, ishal, qarın ağrısı, halsızlıq və hərarətlə müşayiət oluna bilər. Bu əlamətlər müşahidə edildikdə dərhal həkimə müraciət etmək məsləhətdir.  Unutmaq olmaz ki, qida zəhərlənməsi diaqnozu yalnız həkim tərəfindən müəyyən edilir.

Yay aylarında qida zəhərlənmələrinə qarşı diqqətli olun! -VİDEO
Yay aylarında qida zəhərlənmələrinə qarşı diqqətli olun! -VİDEO

Yay mövsümündə havaların isti keçməsi qida məhsullarında bakteriya və digər mikroorqanizmlərin daha sürətlə çoxalmasına şərait yaradır. Bu cür şəraitdə isə qidalar daha tez xarab olur və zəhərlənmə riskinin artmasına səbəb olur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalini qida təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Xüsusilə ət və ət məhsulları, süd və süd məhsulları, balıq, yumurta, mayonezli salatlar və kremli şirniyyatlar isti hava şəraitində daha tez xarab olan məhsullar sırasındadır. Bu səbəbdən həmin məhsulların saxlanma temperaturuna və yararlılıq müddətinə xüsusi diqqət yetirmək lazımdır. Vətəndaşlara qida məhsullarının qablaşdırılmasına, istehsal və son istifadə tarixlərinə baxmaq tövsiyə olunur. Eyni zamanda, hazır və çiy məhsulların xüsusi ayrı qabda saxlanılması, qidaların uyğun temperatur rejimində qorunması və şəxsi gigiyena qaydalarına riayət edilməsi qida mənşəli xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.  Xüsusilə açıq havada keçirilən tədbirlər, pikniklər və uzunmüddətli səfərlər zamanı tez xarab olan qidaların soyuq şəraitdə saxlanılması, günəş altında uzun müddət qalmasının qarşısının alınması xüsusilə vacibdir. Qida zəhərlənməsinin qarşısının alınması hər bir vətəndaşın diqqət və məsuliyyətindən asılıdır. Unutmayaq ki, təhlükəsiz qida sağlamlığın əsas şərtlərindən biridir. Daha ətraflı:

Piknik zamanı qida təhlükəsizliyi qaydalarına əməl edilməlidir
Piknik zamanı qida təhlükəsizliyi qaydalarına əməl edilməlidir

Yay mövsümündə təbiət qoynunda istirahət edənlərin sayı artır. Bu zaman düzgün qidalanma və qida təhlükəsizliyi qaydalarına riayət olunması sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.  Mütəxəssislər açıq havada istirahət zamanı ağır, yağlı və həddindən artıq kalorili qidalardan uzaq durmağı tövsiyə edirlər. Onların əvəzinə tərəvəzlər, mövsümi meyvələr, yoğurt, zeytun yağı ilə hazırlanmış salatlar və tam taxıllı çörəklə hazırlanmış sendviçlər daha sağlam seçim hesab olunur.  Şirniyyatlar, çipslər və yüksək duzlu qəlyanaltılar əvəzinə qurudulmuş meyvələr, təzə meyvələr və ya az miqdarda çərəzlərə üstünlük verilməsi tövsiyə olunur. Qoz, fındıq və badam kimi çərəzlər kiçik porsiyalarla istehlak edildikdə faydalı qəlyanaltı hesab edilir. Çiyələk, alma, gilas, qarpız, yemiş və digər mövsümi meyvələr isə həm vitamin və mineral ehtiyacının ödənilməsinə, həm də orqanizmin maye balansının qorunmasına dəstək olur. İsti havalarda qidaların daha tez xarab olmasını nəzərə alaraq, onların düzgün saxlanılmasına xüsusi diqqət yetirilməlidir. Ət, toyuq, balıq, yumurta, süd məhsulları və mayonez tərkibli salatlar portativ soyuducularda və ya soyuducu çantalarda saxlanılmalıdır. Tez xarab olan qidalar uzun müddət günəş altında və otaq temperaturunda qalmamalıdır. Açıq havada yemək hazırlanarkən istifadə olunan qab-qacaq və mətbəx ləvazimatlarının təmizliyinə diqqət yetirilməli, çiy və bişmiş qidalar ayrı-ayrı qab və konteynerlərdə saxlanılmalıdır. Həmçinin, istirahət zamanı kifayət qədər su qəbul etmək vacibdir. Şəkərli və qazlı içkilərin həddindən artıq istehlakı tövsiyə olunmur, çünki bu içkilər orqanizmdə maye itkisini artıra bilər. Qida təhlükəsizliyi qaydalarına riayət edilməsi qida mənşəli infeksiyaların və zəhərlənmələrin qarşısının alınmasına kömək edir.      Ətraflı:

Qarpız və yemiş istehlak edərkən nələrə diqqət etməliyik?
Qarpız və yemiş istehlak edərkən nələrə diqqət etməliyik?

İsti yay günlərində həm orqanizmin su balansını qorumağa kömək edən, həm də sərinləşdirici təsir göstərən qarpız və yemişə tələbat əhəmiyyətli dərəcədə artır. Vitamin və minerallarla zəngin olan bu meyvələri alarkən bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır. İlk növbədə, məhsulun xarici görünüşü qiymətləndirilməlidir. İstehlakçılar qarpız və yemiş alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verməlidirlər. Üzərində müşahidə olunan sarı ləkələr məhsulun torpaqla təmas etdiyi yerlərdir.  Qabığının hamar, səthinin parlaq olması qarpızın təzə və yetişmiş olduğuna işarə edir. Əksinə, mat və solğun görünüş köhnəliyin əlaməti hesab olunur. Saplağının yaşıl rəng olması qarpızın hələ tam yetişmədiyinin, qurumuş olması isə yetişmiş olduğunun göstəricisidir. Qarpız və yemişin üzərində çürük və çatlar olmamalıdır. Bundan başqa, qarpız və yemiş torpaqla təmasda yetişdiyindən onların səthinin müxtəlif mikroorqanizmlərlə çirklənmə ehtimalı var. Qida mənşəli risklərin qarşısını almaq üçün qarpız və yemiş kəsilməzdən əvvəl axar su altında yaxşıca yuyulmalı, təmiz və quru bıçaqla doğranmalıdır.  Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Bütöv qarpızı 10-15°C, xırda hissələrə doğranılmış qarpızı isə ağzı kip qapaqlı qablarda +5°C temperaturda saxlanılması məsləhət görülür.

Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO

Bayram süfrəsinin bəzəyi olan qoz, badam, fındıq və digər çərəzlər orqanizm üçün vacib olan vitamin, mineral və antioksidantlarla zəngindir. Zəngin tərkib sayəsində çərəzlər immuniteti möhkəmləndirir, həzm sisteminin fəaliyyətini dəstəkləyir, zehni aktivliyi artırır və qaraciyərin normal funksiyasına müsbət təsir göstərir. Gün ərzində bir ovuc çərəz yemək bədəni ehtiyac duyduğu bir çox faydalı maddələrlə təmin edir.  Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində çərəz istehlakının artdığını nəzərə alaraq vətəndaşlara müraciət edib. Bildirilib ki, həddindən artıq istehlak artıq çəki, piylənmə, həzm pozğunluğu və allergik reaksiyalara səbəb ola bilər. Buna görə də ölçüyə diqqət etmək, gündəlik normanı aşmamaq vacibdir. Çərəzlərin faydasını maksimum qorumaq üçün onları qovrulmamış və ya az miqdarda, yüngül qovrulmuş halda istehlak etmək daha məqsədəuyğundur. Çünki yüksək temperatur onların vitamin və minerallarını azaldır. Çərəz alarkən görünüşünə, rənginə, formasına və qoxusuna diqqət edilməlidir. Qablaşdırılmış məhsulun isə mütləq istehsal və son istifadə tarixi yoxlanılmalıdır. Düzgün şəraitdə saxlanılmayan çərəzlərdə zərərli maddələr – aflatoksinlər yarana bilər. Kif bəzən pambıqvari və ya rəngli ləkələr şəklində görünsə də, məhsulun dərin qatlarına qədər yayılır. Bu səbəbdən kifli hissəni kəsib istifadə etmək təhlükəlidir.  İstehlak etməzdən əvvəl çərəzləri yumaq tövsiyə olunur. Açıq şəkildə satılan məhsulların toz və yad maddələrlə çirklənməsi mümkündür. Onları sərin, quru və qaranlıq mühitdə saxlamaq dadı və faydalı xüsusiyyətlərini qorumağa kömək edir. Daha ətraflı link:

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib