Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin dövlət qulluqçularının Etik Davranış Qaydalarının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 16 avqust 2007-ci il tarixli 614 nömrəli Fərmanının icrasının təmin edilməsi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin dövlət qulluqçularının Etik Davranış Qaydalarının tətbiq olunması məqsədilə, habelə “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 5.5.10-cu bəndinin tələblərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin dövlət qulluqçularının Etik Davranış Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Agentliyin bütün kateqoriyadan olan struktur bölmələrinin rəhbərləri tabeliklərində olan dövlət qulluqçularını bu qaydalarla tanış olunmasını və onlara riayət edilməsini təmin etsinlər.
3. Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsi bu əmrin və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin dövlət qulluqçularının Etik Davranış Qaydaları”nın Agentliyin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət Aparat rəhbərinə həvalə edilsin.
