![Enerji dəyəri deyil, qida dəyəri yüksək olan məhsullara üstünlük verilməlidir!](https://afsa.gov.az/resized/resize224/center/pages/8206/usaqlara-hediyye-qutulari-alarken-diqqetli-olun00-00-53-04still002.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sağlam qidalanma ilə bağlı bir neçə vacib amilə diqqət çəkir.
![Fındıqda aflatoksin təhlükəsi və mübarizə yolları](https://afsa.gov.az/resized/resize224/center/pages/8149/elmi-meqale-aflatoksin-findiq.jpg)
Aflatoksinin yaranmasına təsir göstərən əsas amillərdən biri də fındıqların anbarlarda düzgün saxlanılmamasıdır. Bu baxımdan saxlanma zamanı qurudulan fındıqlar qaydalara uyğun şəkildə anbarlarda saxlanılmalıdır. Anbarlarda hava axını, quruluq və sərinlik təmin edilməli, temperatur 0-10° C-ni, nəmlik 70 %-i keçməməlidir.
![Şəkər istehlakını azaltmaq üçün qida məhsullarını alarkən etiketlənmədə nələrə diqqət edilməlidir?](https://afsa.gov.az/resized/resize224/center/pages/8207/sirniyyat.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları tərkibində şəkər olan qida məhsullarını alarkən diqqətli olmağa və həmin məhsulların etiket məlumatlarına nəzər yetirməyə çağırır.
![Yeni il hədiyyə qutularını seçərkən nələrə diqqət yetirilməlidir?](https://afsa.gov.az/resized/resize224/center/pages/8125/aqta-maariflendirir-yeni-il-qutulari.jpg)
Qida Təhlükəsizliyi Agentliyi istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması, həmçinin Yeni il ərəfəsində vətəndaşlardan və mediadan daxil olan müraciətləri nəzərə alaraq, Yeni il hədiyyə qutularını seçərkən diqqət yetirilməli zəruri qaydalarla bağlı məlumatları çatdırır.
![Şəkərdəki zərər](https://afsa.gov.az/resized/resize224/center/pages/8120/seker-v2.jpg)
Şəkərdən istifadə yeməklərə və içkilərə ləzzət qatmağın ən populyar yollarından biridir. Lakin bu cazibədar dad orqanizmimizə özü ilə birlikdə sağlamlıq üçün risklər də gətirə bilər.
![Qidalardakı gözəgörünməz qəhrəman](https://afsa.gov.az/resized/resize224/center/pages/8078/1-1.jpg)
Dəmir hüceyrələrimizin mühərrikini işə salan yanacaq kimidir. Bu, qanımızı qırmızı edən və bədənimizin hər tərəfinə oksigeni daşıyan hemoqlobinin yaranması üçün şərtdir.
![Üzüm bitkisində karantin əhəmiyyətli zərərli orqanizmlər](https://afsa.gov.az/resized/resize224/center/pages/8076/elmi-meqale-yeni-forma-26.jpg)
Respublikamızda üzümçülük iqtisadiyyatın ənənəvi və aparıcı sahələrindən biri hesab edilir. Bu sahənin inkişafı nəticəsində əldə olunan yüksək iqtisadi gəlir insanların sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında rol oynayır.
![Ovlanmış heyvan və quşlar xəstəliklərin daşıyıcısı ola bilərmi?](https://afsa.gov.az/resized/resize224/center/pages/8050/whatsapp-image-2023-12-11-at-155619.jpg)
Ölkəmizdə fauna və floranın mühafizəsi baxımından heyvan və quşların müəyyən olunmuş qaydalar çərçivəsində ovlanması mühüm ekoloji əhəmiyyət kəsb edir. Müvafiq qurumlar tərəfindən hər il ov mövsümü ərəfəsində ov ərazisi, həmçinin hər bir heyvan və quşun ovlanma müddəti barədə əhaliyə məlumat verilir.
![Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət olunmalıdır?](https://afsa.gov.az/resized/resize224/center/pages/7703/gobelek.jpg)
İnsanlar yeməli göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, C, D, B qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur.
![Qəhvəyi mərmər bağacığına qarşı mübarizə üsulları](https://afsa.gov.az/resized/resize224/center/pages/7617/qehveyi-mermer.png)
Qəhvəyi mərmər bağacığı polifaq (bir çox bitki növü ilə qidalanan) zərərvericidir. Bu zərərvericinin ölçüsü 12-17 mm, rəngi qəhvəyidir. Üzərində ləkələr olur, bədəni azacıq yastı və armudvari formalıdır. Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki növü ilə qidalanır və onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.
![Heyvanların yemləndirilməsində mikroelementlərin əhəmiyyəti](https://afsa.gov.az/resized/resize224/center/pages/7612/elmi-meqale-yeni-forma.jpg)
Mineral maddələr heyvan orqanizmində dayaq-hərəkət sisteminin formalaşmasında, həzm proseslərinin, qələvi-turşu balansının və osmotik təzyiqin tənzimlənməsində mühüm rol oynayır. Bu maddələrə daxil olan manqan, dəmir, sink, mis, kobalt, molibden kimi mikroelementlərin isə heyvan orqanizmində metabolik proseslərin tənzimlənməsində, qanyaranmada, orqanizmin müdafiə funksiyasının formalaşmasında, həzm traktında mikrofloranın fəaliyyətində, zülalların biosintezində və digər proseslərdə əhəmiyyəti böyükdür.
![Nərə balığını naqqadan necə fərqləndirmək olar?](https://afsa.gov.az/resized/resize224/center/pages/7547/baliq.jpg)
Naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüş alır. Buna görə də, naqqanı nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Bu səbəbdən sözügedən balıq növlərini fərqləndirmək üçün bəzi məqamlara diqqət etmək lazımdır.