
Dünyada minlərlə növü olan göbələklər xlorofilsiz, heterotrof orqanizmlər olub, quruluşuna, ölçüsünə və yetişdiyi şəraitə görə fərqlənir. Göbələklərə suda, torpaqda, yemlərin və qidaların tərkibində, ölü üzvi toxumalarda və digər yerlərdə rast gəlmək mümkündür. Qeyd edək ki, bəzi göbələkləri mikotoksinlər adlana

Düzgün və sağlam qidalanma zehni qabiliyyətin inkişafına, xüsusilə də yaddaşın güclənməsinə bilavasitə təsir göstərir. Ona görə də, gündəlik rasionda vitamin və minerallarla zəngin qidaların istehlakına üstünlük verilməlidir. Bu qidalara su, meyvə və tərəvəz, balıq, yumurta, çərəzlər və toxumlar, paxlalılar və taxıl, çay, adaça

Salmonellyoz (tif, paratif-Lat. salmonellosis) quşların, ev və çöl heyvanlarının iti, yarımiti, xroniki gedişə malik infeksion xəstəliyidir. Xəstəlik hərarətin yüksəlməsi, mədə-bağırsaq pozuntusu, intoksikasiya və septisemiya ilə xarakterizə olunsa da, bəzən latent formada (simptomsuz) biruzə verir. Xəstəliyin törədicisi Enterobacteriaceae ailəsinə və Salm

Tərəvəz bitkiləri qida rasionunun tənzimlənməsində əhəmiyyətli rola malikdir. Qiymətli qida məhsulları olmaqla yanaşı, tərəvəz bitkiləri konserv sənayesini də xammalla təmin edir. Xüsusən də payız aylarında orqanizmi möhkəmləndirmək, lazımi vitamin və mikroelementlərlə təmin etmək üçün tərəvəzlərin istehlakı olduqca faydalıdır. Payız fəslinin faydalı tərəvəzləri ç

Çörək təkcə ən çox sevilən deyil, həm də ən çox israf olunan qida məhsullarından biridir. Araşdırmalar istehsaldan paylanmaya qədər hər gün dünya üzrə israf edilən çörəyin miqdarının yüzlərlə ton olduğunu, həmçinin bunun iqtisadi və ekoloji problemlər yaratdığını göstərir. Çörək istehsalına dünya üzrə &cce

İdman məşqlərindən əvvəl və sonra qidalanma rejimi əsasən tərkibində zülal və karbohidrat olan qida məhsullarının istehlakını əhatə edir. Nəzərə almaq lazımdır ki, bu cür qidalanma rejimi həm ideal bədən quruluşu, həm sağlamlıq, həm də fiziki iş qabiliyyəti üçün əhəmiyyətlidir. Belə qidalanma rejimi daha çox məşqdən sonra zədələnmiş toxumaların bərpası ü&cced

Antioksidantlar insan orqanizmi tərəfindən istehsal edilən və bəzi qida məhsullarının tərkibində mövcud olan birləşmələrdir. Bu birləşmələr orqanizmimizi sərbəst radikallar adlanan potensial təhlükəyə malik molekulların səbəb olduğu hüceyrə zədələnmələrindən qoruyur. Sərbəst radikalların toplanması oksidləşdirici stress halının yaranmasına səbəb ola bilər ki, bu da DNT və hücey

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən kartof xərçəngi xəstəliyinin ((Synchytrium endobioticum (Schilb) Percival, 1909) ekspress risk təhlili aparılıb. Təhlil zamanı bir daha təsdiqlənib ki, bu, kartof istehsalında ciddi itkilərin yaranmasına səbəb olan xəstəlikdir. Bitkiləri bu təhlükəli xəstəlikdən qorumaq üçün bir sıra qaydal

Təbii bal antiseptik, bakterisid, iltihaba qarşı, bərpaedici, sakitləşdirici və tonuslaşdırıcı təsirlərə malikdir. Odur ki, burun-boğaz, ürək-damar, mədə-bağırsaq, qaraciyər, göz, dəri, oynaq xəstəliklərinin müalicəsində əvəzolunmaz dərman vasitəsi kimi tətbiq edilir. Həmçinin kosmetik məqsədlər üçün baldan geniş istifadə olunur. Yetişmiş balın 15-20 %-i sud

Quduzluq (lat. Rabies) virus mənşəli və itigedişli infeksion xəstəlik olub, sinir sisteminin iltihabı, degenerativ və nekrotiki zədələnmələri ilə səciyyələnir. Zoonoz olduğundan bu infeksiya növü ilə demək olar ki, bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, həmçinin insanlar yoluxurlar. Virus xəstə heyvanların tüpürcəyi ilə ifraz ol

Cənubi Amerika yarpaq lağımlayıcısının (Liriomyza huidobrensis, Blanchard 1926) vətəni Mərkəzi və Cənubi Amerikadır. Dünyanın bir çox yerlərində tarlalarda və istixanalarda yetişdirilən kartof, tərəvəz və bəzək bitkilərinin mühüm zərərvericisidir. 1980-ci illərə qədər bu həşərat digər qitələrdə yayılmamışdır. İlk dəfə 1987-ci ildə Hollandiyada istixana şəraitində yetişdirilm

Səhər yeməyi günün ən vacib yeməyidir. Vaxt azlığı, iştahanın olmaması səbəbindən səhər yeməyindən imtina edilməməlidir. Unutmayın ki, balanslı bir səhər yeməyi sağlam həyat tərzi keçirmək üçün vacib şərtdir. Səhər yeməyi beyinin işini gücləndirir, xüsusilə məktəbli uşaqlarda bu daha önəmlidir. Araşdırmalara görə, səhər yeməy