AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
25 May 2021 16:58
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 24-də ölkə üzrə 453 ictimai iaşə obyektində 802 monitorinq keçirilib. Monitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Ağasadığ Gəraybəyli küçəsində yerləşən, fiziki şəxs Məmmədli Elçin Polad oğluna məxsus çay evi;
2. Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi pr., ev 99a, 101a, 103A ünvanında yerləşən, fiziki şəxs Məmmədov Fuad Nizami oğluna məxsus “Sarımsaq“ restoranı;
3. Bakı şəhəri, Yasamal rayonu, H. Cavid prospekti, məhəllə 556/57 ünvanında yerləşən, fiziki şəxs Mehtiyev Yaşar Fəhruz oğluna məxsus “Qoç ət” restoranı;
4. Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küç., ev 2B ünvanında yerləşən, hüquqi şəxs “Duyma“ MMC-yə məxsus “Duyma“ restoranı;
5. Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Ağayev Rusif Aydın oğluna məxsus kafe;
6. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., S. Yesenin küçəsində yerləşən, hüquqi şəxs “Azemat“ MMC-yə məxsus “Dominos pizza“ restoranı;
7. Bakı şəhəri, Sabunçu rayonu, S. Qocayev küçəsi 25 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Azər Nəcəfqulu oğluna məxsus kafe;
8. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs., məhəllə 40 ünvanında yerləşən, fiziki şəxs Məmmədzadə Hüsən Məmməd oğluna məxsus kafe;
9. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs., Kirov küçəsi 14 ünvanında yerləşən, fiziki şəxs Mikayılov Rüstəmə məxsus kafe;
10. Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən, fiziki şəxs Sadyarova Könül Loğman qızına məxsus “Sultan“ restoranı;
11. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 77 ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Seymur Aydın oğluna məxsus dönər evi;
12. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 77 ünvanında yerləşən fiziki şəxs Cəfərov İdrak Şadtat oğluna məxsus kafe;
13. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 829-cu keçiddə yerləşən, fiziki şəxs Ələkbərov Sadiq Tofiq oğluna məxsus “Fədək“ dönər evi;
14. Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən, fiziki şəxs Babayev Davud İlyas oğluna məxsus "MM House" kafesi;
15. Şirvan şəhəri, G. Şıxbala oğlu küçəsində yerləşən, fiziki şəxs Azərpur Vahid Arif oğluna məxsus çay evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş