AQTA qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin siyahısını açıqlayıb
18 Avqust 2022 10:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Daxili İşlər Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə birgə 8-12 avqust tarixlərində respublika üzrə fəaliyyət göstərən 58 heyvan kəsimi və ət satışı məntəqəsində monitorinqlər aparılıb. Monitorinqlər zamanı baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi, baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvanların kəsimi və ətlərin satışı halları aşkar edilərək 13 heyvan kəsimi və ət satışı məntəqəsi barəsində inzibati məsuliyyət tədbirləri görülüb. Nöqsanlara yol vermiş 36 məntəqə sahibinə isə sonuncu xəbərdarlıq olunub.
Nöqsanlar aşkarlanmış və inzibati tədbir görülmüş heyvan kəsimi və ət satışı məntəqələri aşağıdakılardır:
|
S/N |
Sahibkarlıq subyekti |
Ünvan |
Fəaliyyət sahəsi |
Aşkar olunmuş nöqsanlar |
Görülmüş tədbir |
|
1 |
Heydərov Fəxrəddin Nağdəli oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsi |
ət satışı mağazası |
baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi |
İnzibati cərimə tətbiq olunub |
|
2 |
Əliyev Rauf Sərvər oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N. Nərimanov küçəsi 7 |
heyvan kəsimi və ət satışı məntəqəsi |
baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi |
İnzibati cərimə tətbiq olunub |
|
3 |
Mənsimov Həsənağa Zümrüd oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 71 |
heyvan kəsimi və ət satışı məntəqəsi |
baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi |
İnzibati cərimə tətbiq olunub |
|
4 |
Cəfərov Səxavət Əbülfət oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ramana yolu |
heyvan kəsimi və ət satışı məntəqəsi |
baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi |
İnzibati cərimə tətbiq olunub |
|
5 |
Vəliyev Mehman |
Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 316 nömrəli məktəbin yanı |
heyvan kəsimi və ət satışı məntəqəsi |
baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi |
İnzibati cərimə tətbiq olunub |
|
6 |
Vəliyev Mehman |
Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi |
heyvan kəsimi və ət satışı məntəqəsi |
baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi |
İnzibati cərimə tətbiq olunub |
|
7 |
Abdıyev Taleh Məmməd oğlu |
“Şəki Bazar” ASC-nin ərazisi |
ət satışı mağazası |
baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvanların kəsimi və ətlərin satışı |
İnzibati cərimə tətbiq olunub |
|
8 |
İsrafilov Ağamalı Rəcəb oğlu |
“Şəki Bazar” ASC-nin ərazisi |
ət satışı mağazası |
baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvanların kəsimi və ətlərin satışı |
İnzibati cərimə tətbiq olunub |
|
9 |
Alxasov Vüsal Rahim oğlu |
“Şəki Bazar” ASC-nin ərazisi |
ət satışı mağazası |
baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvanların kəsimi və ətlərin satışı |
İnzibati cərimə tətbiq olunub |
|
10 |
Abdullayev İsgəndər Hüseyn oğlu |
“Şəki Bazar” ASC-nin ərazisi |
ət satışı mağazası |
baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvanların kəsimi və ətlərin satışı |
İnzibati cərimə tətbiq olunub |
|
11 |
Qurqunayev Əhməd Ramazan oğlu |
Zaqatala rayonu, Danaçı kəndi |
ət satışı mağazası |
baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvanların kəsimi və ətlərin satışı |
İnzibati cərimə tətbiq olunub |
|
12 |
İbadov Mobil İldırım oğlu |
Ağcabədi rayonu, H. Əliyev prospekti |
heyvan kəsimi və ət satışı məntəqəsi |
baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi |
İnzibati cərimə tətbiq olunub |
|
13 |
Baratlı Elşən Rövşən oğlu |
Ağcabədi rayonu, H. Əliyev prospekti |
heyvan kəsimi və ət satışı məntəqəsi |
baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi |
İnzibati cərimə tətbiq olunub |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Giriş