AQTA sədri 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında iştirak edən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib
20 May 2019 11:47
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 17-də Bakıda keçirilən 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı çərçivəsində dəvət olunmuş beynəlxalq qurumlar və xarici ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Q. Təhməzli Türkiyə Cumhuriyyətinin Heyvandarlıq və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Müdirliyinin rəhbəri Sinan Mümtaz, Türk Standartlar İnstitutunun rəhbəri Adem Şahin, Türkiyə Halal Akkreditasiya Qurumunun rəhbəri Zafer Soylu, Qazaxıstan Respublikasının Baytarlıq Nəzarəti Komitəsinin sədri Arman Karimovych, İslam ölkələrinin Standartlar və Metrologiya Qurumunun rəhbəri İhsan Övüt, Maryland Universitetinin Beynəlxalq Proqramlar rəhbəri Çenq-i Vei, Avropa İttifaqının Sağlamlıq və Qida Təhlükəsizliyi üzrə Baş Direktoratlığının siyasət məmuru Jan Bloumendal ilə görüşüb.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyi ilə müvafiq qurumların birgə əməkdaşlıq perspektivləri müzakirə edilib. Agentliyin sədri Q. Təhməzli nümayəndə heyətlərinə ölkədə yeni qida təhlükəsizliyi sisteminin formalaşdırılması istiqamətində görülən işlər barədə geniş məlumat verib.
Görüş çərçivəsində müvafiq olaraq tərəflər qida təhlükəsizliyi sahəsində faəliyyət göstərən labarotoriyaların qurulması üzrə təlimatların hazırlanması sahəsində əməkdaşlığın həyata keçirilməsi, qida təhlükəsizliyi üzrə nəzarət yoxlamaları ilə bağlı Avropa İttifaqı təcrübəsinin öyrənilməsi, baytarlıq, fitosanitar və qida təhlükəsizliyi üzrə Agentlik əməkdaşlarının təcrübə mübadilələrinə cəlb edilməsi, standartların hazırlanması üzrə təcrübə mübadiləsi, elmi tədqiqatlar sahəsində əməkdaşlığın həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş