AQTA sədri Qazaxıstan Respublikasının kənd təsərrüfatı nazirinin müavini ilə görüşüb
19 Yanvar 2021 19:33
Yanvarın 18-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Qazaxıstan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Nurbek Daybekovun başçılıq etdiyi nümayəndə heyəti arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul şəxsləri, o cümlədən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov iştirak edib.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında idxal və ixrac əməliyyatları, həmçinin bitkiçilik, at və atçılıq məhsulları və bu sahədə həyata keçirilən nəzarət tədbirlərinə həsr olunan görüşdə AQTA sədri Qoşqar Təhməzli son illərdə ölkəmizdə bitki sağlamlığının təmin olunması istiqamətində görülən işlər, istehsal və ixrac olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin yoxlanılması ilə bağlı iştirakçıları məlumatlandırıb.
Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun bitkiçilik məhsulları üzrə xüsusi olaraq ixtisaslaşmış laboratoriyalarında hazırda dünyanın ən qabaqcıl metodları ilə həyata keçirilən bitkiçilik məhsullarında entomoloji, bakterioloji və virusoloji ekspertizaların aparıldığını qeyd edən AQTA sədri, həyata keçirilən təhlükəsizlik tədbirləri çərçivəsində təsərrüfatlarda yeni, innovativ metodların tətbiqinin və genişləndirilməsinin əsas prioritetlərdən olduğunu vurğulayıb.
Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Nurbek Daybekov iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın hazırkı vəziyyətini yüksək qiymətləndirib, həmçinin qida məhsullarının, xüsusilə bitkiçilik məhsulları sahəsində ticarət dövriyyəsinin artırılması məqsədilə əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş