AQTA vətəndaşları qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrinin xidmətlərindən istifadə etməyə çağırdı
11 Aprel 2020 13:56
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamına əsasən küçələrdə, yol kənarlarında, anti-sanitar şəraitdə heyvan kəsimi və ət satışı fəaliyyəti qadağan olunmuşdur. COVID-19 virusunun sürətlə yayıldığı bir dövrdə heyvan kəsimi və ət satışının anti-sanitar şəraitdə, küçə və yol kənarlarında həyata keçirilməsi insan sağlamlığı üçün xüsusilə təhlükə yaradır. Odur ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları hüququ mühafizə orqanları və yerli icra orqanlarının əməkdaşları ilə birgə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində paytaxtın bir sıra rayonlarında fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərində reydlərini davam etdirir.
Reydlər zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkarlanıb. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmayam dəmir konstruksiyalar sökülüb və ərazi dezinfeksiya olunub. Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə bildirişlər təqdim olunub. Keçirilən monitorinqlər çərçivəsində koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair metodiki göstərişlər diqqətə çatdırılıb.
Qeyd edək ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.
Agentlik vətəndaşları qanunsuz fəaliyyət göstərən, eyni zamanda qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan heyvan kəsimi məntəqələrinin xidmətindən istifadə etməməyə, bu istiqamətdə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün prosesdə aktiv iştiraka, eyni zamanda bu sahədə müşahidə etdiyi qanunsuz fəaliyətlərlə bağlı AQTA-nın 1003-Çağrı Mərkəzinə məlumat verməyə çağırır.
Agentlik heyvan kəsimi və satışı ilə məşğul olan şəxsləri kəsimi mərkəzləşdirilmiş heyvan kəsimi sexlərində həyata keçirməyə, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çağırır. Qeyd edək ki, artıq respublikamızın regionları ilə yanaşı Bakı şəhərində də müasir heyvan kəsimi məntəqələrinin sayı artmaqdadır. Bakı şəhəri üzrə stasionat kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:
Nizami rayonu, H.Əliyev prospekti 92, "Bəsid" Firması
Nizami rayonu, H.Əliyev prospekti 92, "ESE" MMC
Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26
Sabunçu rayonu, Sabunçu ŞTQ, Aydınbəyov küçəsi, ev 2, mənzil 33
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 1A
Səbail rayonu, Bayıl qəsəbəsi, G.Əliyev küçəsi, ev 20
Binəqədi rayonu, Şamaxı şosesi 16
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 10, mənzil 56
Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, H.Saqib küçəsi, ev 27
Nizami rayonu, Ş.Kamilov küçəsi 1
Nəsimi rayonu, A.Mustafayev küçəsi 23/24
Qaradağ rayonu, Lökbatan qəsəbəsi
Nərimanov rayonu, Ə.Əliyev və Y.Çəmənzadə küçələrinin kəsişməsi, F/ş Həsənov Rasim Cümşüd oğlu
Nərimanov rayonu, Ə.Əliyev və Y.Çəmənzadə küçələrinin kəsişməsi, F/ş Heydərli Heydər Bahadur oğlu
Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə
Binəqədi rayonu, C. Xəndan küçəsi 52C,
Dərnəgül qəsəbəsi, Ş.Məmmədova və H.Hüseynov küçələrinin kəsişməsi
Xəzər rayonu, Binə ŞTQ, R.Əşrəfov ev 20
Sabuncu rayonu, Zabrat ŞTQ, Babək küçəsi 110H
Xətai rayonu, H.Aslanov qəsəbəsi, ev 6
AQTA bir daha vətəndaşları və heyvan kəsimi, eyni zamanda ət və ət məhsulları satışı sahəsində fəaliyyət göstərən sahibkarları qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrinin xidmərlərindən istifadə etməyə çağırır.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş