Rusiya Federasiyasının fitosanitar müfəttişləri Azərbaycanda
6 Fevral 2020 14:05
Respublikamız müxtəlif əkin və səpin materiallarının idxalı və ixracı ilə bağlı bir sıra ölkələrlə əməkdaşlıq edir. Hazırda respublikamızdan meyvə tingləri, fındıq tingləri, tərəvəz şitilləri və s. ixrac olunur. Fitosanitar əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə artıq bir neçə dəfədir ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin fitosanitar müfəttişləri ölkəmizin müxtəlif rayonlarında becərilən və idxalı nəzərdə tutulan əkin və əkin materiallarının istehsal yerlərinə fitosanitar karantin baxışı keçirmiş və becərilən məhsulların fitosanitar vəziyyətlə yerində tanış olmuşlar. Bir- neçə gün bundan əvvəl Rusiya Federasiyasının müfəttişləri yenidən Azərbaycana səfər etmiş, Zaqatala rayonu ərazisində yerləşən fındıqçılıq təsərrüfatları ilə tanış olmuş, təsərrüfatlarda becərilən tinglərin fitosanitar vəziyyətinin qiymətləndirilməsini həyata keçirmişlər.
Qeyd edək ki, Rusiya Federasiyasının adiyyəti qurumu tərəfindən 2018 və 2019-cu illərdə də respublikamızın müxtəlif rayonları ilə ynaşı Bakı və Bakı ətrafı ərazilərdə yerləşən fiziki və hüquqi şəxslərin təsərrüfatlarına baxış keçirilmiş, bır sıra təsərrüfat sahələrindən meyvə tingləri, tərəvəz şitilləri, o cümlədən bəzək ağaclarının tinglərinin ölkəmizdən ixracı ilə bağlı razılıq əldə olunmuşdur.
Onu da qeyd edək ki, beynəlxalq və milli qanunvericiliyin tələblərinə əsasən ölkə ərazisində qeydiyyata alınmayan əkin və səpin materiallarının idxalına yalnız seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədi ilə icazə verilir.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş