1 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub
1 Fevral 2021 18:25
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 29 yanvar 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 46 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. Həmin tarixdə 1 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
“BAKSU” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Oxşar xəbərlər
Bakıda fəaliyyət göstərən ictimai iaşə obyektində normativ tələblərin pozulduğu müəyyən edilib
Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Əli Rəşad oğluna məxsus “Beer Loft” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 8 ədəd 0.5 litrlik, 6 ədəd 0.7 litrlik, 4 ədəd 1 litrlik "Nemiroff" əmtəə nişanlı delikat araq, 1 ədəd 1 litrlik "Nemiroff" əmtəə nişanlı original araq, 4 ədəd 1 litrlik, 4 ədəd 0.7 litrlik, 7 ədəd 0.5 litrlik "Zerno" əmtəə nişanlı araq, 11 ədəd 0.7 litrlik, 5 ədəd 0.5 litrlik "Verba" əmtəə nişanlı araq, 4 ədəd 0.5 litrlik "Finlandiya" əmtəə nişanlı araq, 1 ədəd 0.5 litrlik "President" əmtəə nişanlı araq məhsulunun satışının həyata keçirildiyi müəyyən edilib.
İdxal olunan suxari məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Siren Trading" MMC-nin Rusiyadan idxal etdiyi “OOO Raspak” müəssisəsinə məxsus 05.07.2024-04.01.2025-ci il istehsal və son istifadə tarixli, ümumi çəkisi 127.50 kq suxari məhsulu partiyasından götürülmüş nümunələrin müayinəsi nəticəsində kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu müəyyən edilib.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 30 sentyabr - 4 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Gəncə, Mingəçevir, Şəki şəhərləri və Cəlilabad, Ağcabədi, Tərtər rayonlarında fəaliyyət göstərən 34 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.