17 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub
25 İyun 2021 13:27
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il iyunun 24-də qida məhsulları sahəsində fəaliyyət göstərən 20 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qeyd edilən tarixdə 17 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
Qurbanzadə Elşən Qəhrəman oğlu |
ictimai iaşə |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
2 |
Əliyev Eldəniz Telman oğlu |
ictimai iaşə |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
3 |
Ələkbərova Lalə İslam qızı |
pərakəndə satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
4 |
Əliyev Nizami Məhəmməd oğlu |
ictimai iaşə |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
5 |
Həsənov İlqar Dəmir oğlu |
pərakəndə satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
6 |
Mədətzadə Zaur Məzahir oğlu |
ictimai iaşə |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
7 |
Hüseynov Sahil Səməd oğlu |
ictimai iaşə |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
8 |
Əliyeva Məhəbbət Ədalət qızı |
pərakəndə satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
9 |
Əsgərov Zaur Zakir oğlu |
ictimai iaşə |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
10 |
Aslanov Eldəniz Sakit oğlu |
ictimai iaşə |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
11 |
Mehdiyeva Aysel Əflatun qızı |
ictimai iaşə |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
12 |
Bədirli Zaur Akif oğlu |
ictimai iaşə |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
13 |
Məmmədov Tural Əli oğlu |
ictimai iaşə |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
14 |
Aslanov Turac Azad oğlu |
ictimai iaşə |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
15 |
Abbasov Rəhman Həmzə oğlu |
pərakəndə satış |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
16 |
Əsgərov Şəadət Şimid oğlu |
ictimai iaşə |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
17 |
Qarayev Arif Səməd oğlu |
ictimai iaşə |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Oxşar xəbərlər
Bakıda su emalı müəssisəsində nöqsanlar aşkarlandı
Bakı şəhəri, H.Mirzəyev 1069 ünvanında yerləşən, fiziki şəxs Yusifov Namik Səlim oğluna məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar müəyyən olunub. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi, 19 litrlik “Xanbulaq” əmtəə nişanlı suların qablaşdırılmasında istehsal tarixinin qeyd edilmədiyi aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti dayandırılıb.
Su emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Bakı şəhəri, H.Mirzəyev küçəsi 1069 ünvanında yerləşən, “Butasu A” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub. Həmçinin qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan 150 ədəd 19 litrlik su bidonu, 105 ədəd 19 litrlik qablaşdırılmış su və istehsal tarixi qeyd edilməyən 384 ədəd 0.5 litrlik “Buta” əmtəə nişanlı qablaşdırılmış su aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Yasamalda kremli və qənnadı məmulatlarının emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı
Yasamal rayonu, M.Xiyabani küçəsində fəaliyyət göstərən, “Desert” kremli və qənnadı məmulatlarının emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitariya norma və qaydalarına əməl edilmədiyi aşkarlanıb. Müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, anbar sahəsinin təşkil edilmədiyi və xammalların antisanitar vəziyyətdə emal sahəsində saxlandığı müəyyən edilib. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və məsul şəxsi barəsində inzibati protokol tərtib olunub.