AQTA ictimai iaşə müəssisələrində aparılan yoxlama və monitorinqlərin nəticəsini açıqlayıb
24 İyul 2023 16:54
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2023-cü ilin 6 ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrində aparılan yoxlama və monitorinqlərin nəticəsi açıqlanıb.
Belə ki, qeyd olunan dövrdə Agentlik tərəfindən 346-sı planlı, 176-sı plandankənar olmaqla, 522 ictimai iaşə müəssisəsində yoxlama keçirilib. Yoxlamalar zamanı 466 sahibkarlıq subyektində nöqsan aşkar edilib. Nöqsanlar ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi, mətbəxlərin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, soyuducularda məhsulların saxlanması zamanı mal qonşuluğu qaydalarına və temperatur rejiminə əməl edilməməsi, məhsulların saxlanma qaydalarına əməl olunmaması, xammalların saxlanması üçün ayrıca sahənin ayrılmaması, istifadə edilən xammalların müşayiətedici sənədlərinin (çıxarış, baytarlıq arayışı) olmaması ilə əlaqədar olub. Həmçinin müəssisələrdə sanitariya norma və qaydalarına riayət edilməməsi, müvafiq emal sahələrinin ayrılmaması, emal olunmuş xammalların və yeməklərin üzərində etiketlənmə aparılmaması, mənşəyi məlum olmayan, üzərində etiketlənmə aparılmayan xammallardan və qidalardan istifadə edilməsi, idxal olunmuş məhsulların üzərində Azərbaycan dilində məlumatların olmaması, saxlanma müddəti bitmiş və istehlaka yararsız məhsullardan istifadə edilməsi və satılması, laboratoriyalarda müayinəyə cəlb edilmiş məhsullarla bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması, işçilərin gigiyena tələblərinə riayət etməsi üçün müvafiq şəraitin təmin olunmaması, onların ilkin və dövrü tibbi müayinədən keçməməsi ilə bağlı nöqsanlar müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı 466 sahibkarlıq subyekti barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. 85 müəssisədə malın (mal partiyasının) satışının dayandırılması və qadağan edilməsi, 166 müəssisədə işçi personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar verilib. Yoxlamalar zamanı 56 müəssisədə isə nöqsan aşkar olunmayıb.
Bundan əlavə, cari ilin 6 ayı ərzində 678 ictimai iaşə müəssisələrində 835 monitorinq həyata keçirilib. Aparılan monitorinq zamanı 466 müəssisədə 966 nöqsan aşkar edilib. Bunlardan 348-i obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, 289-u baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, 194-ü qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, 112-si mənşəyi məlum olmayan məhsullara dair uyğunsuzluqların aşkarlanması, 22-si işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) COVID-19 pasportuna malik olmaması, 1-i isə saxta alkoqollu içkilərin satışı ilə bağlı olub. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş