Ərzaq bazarlarında monitorinqlər davam edir - VİDEO
15 Dekabr 2025 14:28
AQTA ərzaq bazarlarında nəzarət tədbirlərini davam etdirir. Növbəti monitorinqlər Saatlı, Lənkəran və Şəki rayonlarında yerləşən ərzaq bazarlarında aparılıb.
Baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb. Yüksəkriskli qida məhsullarının, xüsusilə ət və süd məhsullarının etiket məlumatları və baytarlıq sənədi olmadan satışa çıxarıldığı müəyyən edilib. Bəzi piştaxtalarda qidaların üstüaçıq şəkildə, toz və digər çirklənmə risklərinə məruz qalaraq satıldığı müşahidə edilib. Aşkar edilən uyğunsuzluqlarla bağlı bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib, qanunvericiliyin tələbləri izah edilib.
Bazarlarda antisanitar şəraitdə satışa çıxarılan ət, süd, balıq və digər yüksəkriskli məhsulların istehlakı insan həyat və sağlamlığı üçün təhlükə yaradır. Mənşəyi şübhə doğuran bu məhsulların istehlakı tövsiyə edilmir. Bazar rəhbərləri fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmalı, sağlamlaşdırma tədbirləri icra etməlidirlər.
Ərzaq bazarlarında aparılan növbəti monitorinqlərlə bağlı daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Oxşar xəbərlər
Kürdəmirdə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Kürdəmir rayonu, Bakı prospekti, Dördyol dairəsində yerləşən, Baxşıyev Nizami Vəlixan oğluna məxsus “Güvən Store” marketdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbiri keçirilib. Marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları, saxtalaşdırılaraq istehsal edilmiş “Organic Gold”, “Gümüş Güllə”, ”Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq araşdırılması üçün aidiyyəti orqana göndərilib.
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
AQTA sədri Gəncə və Göygöldə qida emalı müəssisələrinə baxış keçirib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gəncə şəhərində və Göygöl rayonunda yerləşən qida emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Baxış zamanı Gəncə şəhərinin Gülüstan qəsəbəsində fəaliyyət göstərən "Nurçin-2017" MMC-də, həmçinin Göygöl rayonunun Quşqara kəndində sahibkar Məzahir Balayevə məxsus müəssisədə qida məhsullarının emalı prosesi barədə məlumat verilib. Qida təhlükəsizliyi tələblərinin təmin olunmasının, eləcə də istehsal imkanlarının genişləndirilməsinin, tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş