“Məktəblilərin qida bələdçiləri” layihəsi çərçivəsində növbəti təlim keçirilib
15 Mart 2022 16:58
“Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən tədris olunan onlayn təlimlər davam etdirilir. AQTİ-nin təşkilatçılığı, UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə baş tutan budəfəki təlim “Qidalanma zamanı hansı təhlükələrlə üzləşə bilərik və bu təhlükələrdən irəli gələn risklər nələrdir? ” mövzusuna həsr edilib.
İlk mərhələdə 30 iştirakçı üçün nəzərdə tutulan təlimdə ümumilikdə qida təhlükəsizliyi sahəsində aparılan dövlət tənzimləməsi və nəzarət mexanizmlərindən söz açılıb. Daha sonra düzgün qidalanma ilə bağlı geniş təqdimat edilib, sağlam qidalanmanın təşviqinə dair videoçarx nümayiş olunub. Həmçinin iştirakçılara qida mənşəli xəstəliklərə yoluxma, qida zəhərlənməsi halları və digər təhlükə və risklərə qarşı profilaktik tədbirlər, qida məhsullarının istehlakı zamanı diqqət yetirilməsi vacib olan nüanslar ətraflı izah edilib.
Təlimin sonunda iştirakçılar tərəfindən ünvanlanan suallar ətrafında diskussiya aparılıb.
Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunan onlayn seminarlar ümumilikdə 12 mövzunu əhatə edir. Bu seminarların yekununda baş tutacaq imtahanlarda müvəffəqiyyət qazanan iştirakçılara “Məktəblilərin qida bələdçiləri” nişanı təqdim olunacaq. Sözügedən nişanla təltif olunanlar təhsil aldıqları məktəblərdə bufetlərin fəaliyyəti, o cümlədən tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara əməl olunmasına ictimai nəzarəti həyata keçirəcəklər.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş