Sanitar-gigiyenik tələblərə cavab verməyən dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
23 Oktyabr 2024 12:53
Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən, fiziki şəxs Allahverdiyev Ceyhun Cəbrayıl oğluna məxsus “377” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, iaşə obyektinin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı və qida məhsullarının uyğun temperatur rejimində saxlanması üçün müvafiq şəraitin təmin edilmədiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər

Qəhvəyi mərmər bağacığı ilə necə mübarizə aparılmalıdır?
Qəhvəyi mərmər bağacığı nədir? - Qəhvəyi mərmər bağacığı yayıldığı ölkələrdə iqtisadi zərərlərə səbəb olan karantin tətbiq edilən zərərvericidir. 300-dən çox bitki növü ilə qidalansa da, əsas qidalandığı bitkilər fındıq, alma, armud, şaftalı, nektarin, üzüm, qarğıdalı, pomidor və digər meyvə və tərəvəzlərdir. Bitkilərə ən çox ziyanı yaz aylarından başlayaraq payızın sonuna qədər aktiv qidalanan yetkin fərdlər vurur. Qəhvəyi mərmər bağacığı ilə mübarizə üsulları: - Qəhvəyi mərmər bağacığının bitkiyə vurduğu zərəri azaltmağın və onunla mübarizənin ən effektiv üsulu qışlayan yetkin fərdlərin mexaniki yolla məhv edilməsidir. - Zərərverici yetkin fərd mərhələsində qrup halında qaranlıq yerlərdə qışlayır. Təbiətdə yarpaq qalıqları, ağac oyuqları və ağac qabığının altında qışlasa da, sığınacaq kimi tikililərdən də istifadə edir. Həmçinin meşələr, meyvə bağları və tarlaların yaxınlığındakı tikililərin sirayətlənməsi ehtimalı yüksəkdir. - Zərərvericinin aşkarlanması məqsədilə tikililərin ən üst qatlarına, çardaqlara mütləq baxılmalıdır. Bu, mübarizənin düzgün aparılmasının bir göstəricisidir. - Mübarizə tədbirləri yalnız kimyəvi dərmanlamadan ibarət deyil. Mexaniki mübarizə, yəni bağacığın gizlənə biləcəyi yerlərin yoxlanılması, əşya və avadanlıqların nəzərdən keçirilməsi, mövcud bağacıqların toplanaraq məhv edilməsi olduqca effektiv üsullardandır. - Qışlama dövründə aparılan düzgün mübarizə nəinki qapalı məkanlarda, o cümlədən sonrakı fəsillərdə açıq ərazilərdə də zərərvericinin sayının azalmasına səbəb olur.

Zərərli orqanizm aşkarlanan nektarin tingləri məhv edilib
AQTA əməkdaşları tərəfindən əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi 38000 ədəd nektarin tingi (fantasia sortu) partiyasından nümunələr götürülüb. Müayinə nəticəsində nümunələrdə karantin tətbiq edilən zərərli orqanizm − Şarka virusu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib. Qeyd edək ki, Şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.

Kərə yağı adı ilə satılan bəzi yağların tərkibində uyğunsuzluq aşkarlandı
AQTA-nın həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterini - “Kampesterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Linolen, Palmitin, Olein yağ turşuları) aşkar edilib. Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin, sahibkar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır: