Tovuzda fəaliyyət göstərən şadlıq sarayında nöqsanlar aşkarlanıb
22 Noyabr 2022 17:33
![Tovuzda fəaliyyət göstərən şadlıq sarayında nöqsanlar aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/5297/16824842007817.jpg)
![Tovuzda fəaliyyət göstərən şadlıq sarayında nöqsanlar aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/5297/16824842007818.jpg)
![Tovuzda fəaliyyət göstərən şadlıq sarayında nöqsanlar aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/5297/16824842007819.jpg)
![Tovuzda fəaliyyət göstərən şadlıq sarayında nöqsanlar aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/5297/16824842007817.jpg)
![Tovuzda fəaliyyət göstərən şadlıq sarayında nöqsanlar aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/5297/16824842007818.jpg)
![Tovuzda fəaliyyət göstərən şadlıq sarayında nöqsanlar aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/5297/16824842007819.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Abbasov Şükür Salman oğluna məxsus “Turan” şadlıq sarayında Agentlik əməkdaşları tərəfindən keçirilən planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, qida təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinin pozulduğu və heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan istifadə edildiyi müəyyən olunub. Aşkar olunmuş qanun pozuntularına əsasən, sahibkar inzibati məsuliyyətə cəlb olunub, həmçinin müvafiq qanunvericiliyin tələbləri izah edilib və nöqsanların aradan qaldırılması barədə göstəriş verilib.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Oxşar xəbərlər
![Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10276/whatsapp-image-2025-02-17-at-114443.jpg)
Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
![Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/10265/whatsapp-image-2025-02-14-at-110059-1.jpg)
Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
![İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10263/whatsapp-image-2025-02-14-at-094746.jpg)
İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı
Zaqatala şəhəri, Ç.Atalov küçəsində fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Fəryad Fərhad oğluna məxsus “Fəryad” ictimai iaşə müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
![Quş qripi ilə bağlı diqqət edilməli qaydalar – Videoçarx](https://img.youtube.com/vi/yJzr8EyxMIo/hqdefault.jpg)