Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb
29 Mart 2024 12:55
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Cari ilin fevral və mart aylarında “Valehlər” MMC tərəfindən idxal olunan Özbəkistanın “Hayot Dried Fruit and Spices LLC” müəssisəsinin istehsalı olan 2000 kq qırmızı istiot (acı), "Vertex Commerce” MMC tərəfindən idxal olunan Meksikanın “Don Julio” müəssisəsinin istehsalı olan “Don Julio Blanco” əmtəə nişanlı 168 litr (240 ədəd 0.7 litr həcmdə) tekila və fiziki şəxs Hüseynov Hüseyn Elçin oğlu tərəfindən idxal olunan İran İslam Respublikasının “Hamid Fallah Co.” müəssisəsinin istehsalı olan 1020 kq püstə məhsulu partiyalarından Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində tekila məhsulunda metil spirtinin, qırmızı istiot (acı) və püstə məhsulunda isə Aflatoksin B1-in normadan artıq olduğu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyalarının məhv edilməsi və ya istehsalçı ölkəyə geri göndərilməsi barədə qərarlar qəbul olunub.
Oxşar xəbərlər
AQTA fitosanitar monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
"Qida Təhlükəsizliyi" Simpoziumu keçirilib
AQTA tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində AQTA və ADA Universitetinin birgə təşkilatçılığı ilə "Qida Təhlükəsizliyi" Simpoziumu keçirilib.
AQTA sədri Ucarda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 3-ü saat 10:00-da Ucar Gənclər Mərkəzində Ucar, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.