Qəbələdə fəaliyyət göstərən ərzaq mağazasında nöqsanlar aşkarlanıb
27 Mart 2024 15:36
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Qəbələ şəhəri, İ.Qaibov küçəsində fəaliyyət göstərən “RN” ərzaq mağazasında planlı yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Eyni zamanda yararlılıq müddəti bitmiş 9 adda qida məhsulunun satışının həyata keçirildiyi, qida məhsullarının üzərindəki etiketlənmədə uyğunsuzluqların olduğu aşkarlanıb.
Faktla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb, “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərar qəbul edilib. Həmçinin uyğunsuzluqların aradan qaldırılması istiqamətində metodiki dəstək göstərilib.
Oxşar xəbərlər
Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Daxil olan vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 90 A ünvanında fəaliyyət göstərən “Xan Çinar” kafesində plandankənar yoxlama keçirilib.
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb
Gədəbəy rayonu, Novosaratovka kəndində fəaliyyət göstərən, “Rüfət” MMC-yə məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
2024-cü il 23 aprel tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Xaçmaz, İsmayıllı, Lənkəran, Şəki, Zaqatala rayonlarında fəaliyyət göstərən 21 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.