Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sabirabad rayonu, M.Şəhriyar küçəsində fəaliyyət göstərən, Şahbazov Rövşən Barat oğluna məxsus “Xan Çinar” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə temperatur rejiminə əməl olunmadığı, emal prosesində istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, mətbəxdə döşəmə, divar və qida ilə təmasda olan səthlərin təmirsiz olduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, istifadə edilən alət və avadanlıqların korroziyaya uğradığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanədək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı şosesində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Seymur Türbət oğluna məxsus “Tur” marketdə yoxlama keçirib. Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, marketin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin məhsulların döşəmə və divardan ara məsafə gözlənilmədən saxlanıldığı, xammalın qəbulu və saxlanması sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, anbarda qida məhsulu saxlanan rəflərin asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək marketin anbar sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, fiziki şəxs barəsində inzibati protokol tərtib olunub.
Quba şəhəri, 29-cu məhəllədə fəaliyyət göstərən, Diyarov Cavanşir Ruzman oğluna məxsus “Sərin” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Baxış zamanı kafenin mətbəxində tavan və divar səthlərinin təmirsiz olduğu və kifləndiyi, havalandırma sisteminin işləmədiyi, qida ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, kababxana sahəsinin açıq şəraitdə qurulduğu və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafedə işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35, m.6 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Musayev Nəcməddin Fərman oğluna məxsus “Amin Kabab Evi” ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı iaşə obyektində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, istifadə olunan toyuq və qoyun ətlərinin keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərinin mövcud olmadığı, döşəmə, divar və tavanın tamlığının pozulduğu və gigiyenik materialdan təşkil edilmədiyi, alət və avadanlıqların korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb, fiziki şəxs barəsində inzibati protokol tərtib olunub.
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şamaxı rayonu, Bakı-Qazax yolunun 144-cü kilometrliyində yerləşən, fiziki şəxs Sabirov Qabil Əlisahab oğluna məxsus “Sərin Meşə” restoranında yoxlama keçirib. Baxış zamanı restoranın mətbəx sahəsində sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən edilib. Belə ki, işçi heyətin tibbi müayinədən keçmədiyi, işçi masaların gigiyenik səthlə təmin olunmadığı, döşəmə və divar səthinin asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək restoranın fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
Məlum olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyinə vətəndaşlardan daxil olan, həmçinin sosial şəbəkələr vasitəsilə yayımlanan bütün şikayətlər operativ şəkildə araşdırılır və qanunvericiliyə uyğun zəruri tədbirlər görülür. Bu sahədə mövcud olan problemlər və onların həlli məqsədilə ticarət şəbəkələrinin məsul şəxsləri ilə onlayn görüş keçirilib. Tədbirdə ticarət şəbəkələrində satışı həyata keçirilən məhsullar barədə daxil olan müraciətlərlə bağlı məlumat verilib. Bildirilib ki, şikayətlər əsasən məhsulların saxlanması zamanı temperatur rejiminə riayət edilməməsi, saxlanma qaydalarının pozulması, etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmaması, yararlılıq müddəti bitmiş, aşkar korlanma əlamətləri olan məhsulların satışı, marketlərdə məhsulların daşınması zamanı yol verilən nöqsanlar və digər faktlar olub. Qeyd olunub ki, ticarət şəbəkələrinin məsul şəxsləri qida təhlükəsizliyi tələblərinə daxili qaydada nəzarəti təmin etməklə, uyğunsuzluqların qarşısının alınması ilə bağlı zəruri tədbirlər görməlidir, eləcə də mediada yayımlanan məlumatlarla bağlı daxili araşdırma aparıb nəticələri və görülən işlərlə bağlı rəsmi açıqlamalar verməsi məqsədəuyğun hesab edilir. Daha sonra sahibkarların sualları cavablandırılaraq, müvafiq tövsiyə və tapşırıqlar verilib.
Cari ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib. Belə ki, Amerika Birləşmiş Ştatlarına 4.320.000 ədəd və Birləşmiş Ərəb Əmirliklərinə 1.158.460 ədəd ərzaqlıq yumurta məhsulu, İtaliya və Fransa respublikalarına 3.6 ton qurbağa ayağı məhsulu, Avstraliya, Albaniya və Kanadaya 42 kq balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub.
Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları inzibati ərazi vahidində fəaliyyət göstərən dönərxana sahibləri üçün təlim keçirib. Təlimin əsas məqsədi III MDB oyunları zamanı qonaqların və əhalinin qida təhlükəsizliyinin təmin edilməsi, ictimai iaşə obyektlərində xidmət keyfiyyətinin artırılması və qida zəhərlənmələrinin qarşısının alınmasıdır. Təlimdə dönərxana sahiblərinə sanitar-gigiyenik normalar və qida təhlükəsizliyi tələbləri mövzusunda maarifləndirici məlumatlar verilib. Qida məhsullarının temperatur rejiminə riayət olunması və düzgün saxlanma qaydaları, çarpaz çirklənmənin qarşısının alınması yolları izah olunub. Personalın şəxsi gigiyena qaydalarına əməl etməsinin və tibbi müayinədən keçməsinin, eləcə də istehsalatda istifadə olunan avadanlıq və səthlərin müntəzəm dezinfeksiyasının, ictimai iaşə müəssisələrində təhlükəli mikroorqanizmlərin yayılma riskləri və onların qarşısının alınmasının vacibliyi vurğulanıb. Sonda sahibkarlarla müzakirələr aparılıb, onların sualları cavablandırılıb və tövsiyələr verilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi 129 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mirzəyeva Esmira Zakir qızına məxsus “Görüş” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsulunda istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyyəti müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
Qida Təhlükəsizliyi Agentliyi payız mövsümü ilə əlaqədar bitkiçilik məhsullarının ixracına hazırlıq məqsədilə bitkiçilik məhsullarının istehsalı, idxalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn görüş keçirib. Görüşdə “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Bəşir Quliyev və “Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Nemət Seyfullayev də iştirak edib. Tədbirdə Agentliyin sədr müavini Əziz Şərifov ölkədə bitkiçilik məhsullarının ixrac potensialının artırılması istiqamətində AQTA tərəfindən həyata keçirilən dəstək tədbirlərindən söz açıb, ixrac prosesində istehsalçı və ixracatçıların qarşılaşa biləcəyi məsələlərdən danışıb, mövcud tələblər və idxalçı ölkələrin standartlarına uyğunluğun təmin edilməsi ilə əlaqədar geniş məlumat verib. Görüşdə idxalçı ölkələrin bitkiçilik məhsullarına dair fitosanitar tələblərinə, həmçinin məhsulların etiketlənməsi və qablaşdırmasına dair tələblərə ciddi şəkildə əməl edilməsinin vacibliyi vurğulanıb. Taxta materiallarına dair beynəlxalq tələblər, pestisid qalıqlarının yol verilən miqdarı, istehsalatda sağlam əkin materiallarından istifadə olunması kimi məsələlər də sahibkarların diqqətinə çatdırılıb. Sonda sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində müzakirələr aparılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş