AQTA yanında İctimai Şura sahibkarlara müraciət edib
19 Dekabr 2024 09:54
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan İctimai Şuranın sədri Nazim Səfərov qarşıda duran cari məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida subyektlərinin qida təhlükəsizliyi qeydiyyatı və təsdiqi barədə qaydalar, bu sahədə həyata keçirilən tədbirlər, həmçinin cavabdeh qida subyektinin əməl etməsi vacib məsələlər nəzərdən keçirilib. Şura üzvləri müzakirələr zamanı sahibkarlıq subyektlərinə çağırış edərək bu sahədə fəaliyyətin qanunun tələblərinə uyğun qurulmasının önəmini vurğulayıblar.
Tədbirdə AQTA rəsmisi Elxan Mikayılov çıxış edərək diqqətə çatdırıb ki, qida təhlükəsizliyi qeydiyyatına və təsdiqinə dair müraciətlərin qəbulu prosesi tam elektronlaşdırılıb. Bildirilib ki, qanunvericiliyə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı, emalı və dövriyyəsi aparılan müəssisələrin qiymətləndirilməsi üçün sahibkarlar Agentliyə müraciət etməlidirlər.
Görüş zamanı sahibkarlar arasında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi, İctimai Şura tərəfindən bir sıra mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsinin vacibliyi diqqətə çatdırılıb.
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.
Oxşar xəbərlər
Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq edilir
Azərbaycanın qida təhlükəsizliyi modeli əsasında Özbəkistan Respublikasında qida məhsullarına “tarladan süfrəyə” prinsipinə söykənən mərkəzləşdirilmiş qaydada nəzarətedici vahid orqan - Qida Təhlükəsizliyi Komitəsi yaradılıb. Bu ilin 12 may tarixində fəaliyyətə başlayan yeni qurum Karantin və Bitki Mühafizəsi Agentliyi, Baytarlığın İnkişafı Komitəsi və Sanitar-Epidemioloji Xidmətin müvafiq struktur bölmələrinin bazasında formalaşdırılıb.
Cüdoçu Vüqar Talıbov: İdmanda uğur yalnız güclü məşqlə deyil, sağlam seçimlərlə qazanılır – VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı kampaniyasını davam etdirir. Layihənin növbəti qonağı Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi, Avropa çempionu və dünya mükafatçısı Vüqar Talıbov olub. Tanınmış cüdoçu idmanla məşğul olan hər kəsə müraciət edərək bildirib ki, idmanda uğur yalnız güclü məşqlə deyil, sağlam seçimlərlə qazanılır:
AQTİ tərəfindən qida təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılması məqsədilə təlim təşkil olunub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) peşəkar təlimçisi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub. Təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilib, bu qaydalara gündəlik fəaliyyət zamanı riayət etməyin vacibliyi xüsusi vurğulanıb. Təlimçi tərəfindən qida zəncirinin bütün mərhələlərində yarana biləcək risklər və onların qarşısının alınması üsulları iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə şəxsi gigiyena qaydalarına əməl olunmasının qida təhlükəsizliyində həlledici rol oynadığı qeyd edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş