AQTA yanında İctimai Şurada təmsil olunmaq üçün müraciət edən şəxslərin namizəd kimi qeydə alınması ilə bağlı məlumat
29 Oktyabr 2020 00:00
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yanında yaradılacaq İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyən namizədlərin müraciət müddəti artıq başa çatıb. Təqdim olunan sənədlər İctimai şuranın seçki komissiyası tərəfindən qiymətləndirilmiş və aşağıda qeyd edilən namizədlərin müraciəti qeydə alınmışdır.
Namizədliyi qeydə alınmış 16 şəxsdən 9-u birgə yığıncaqda iştirak edəcək vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri tərəfindən gizli səsvermə yolu ilə seçiləcək. Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri fəaliyyət göstərəcək İctimai Şuranın üzvlərinin say həddinə uyğun və ya bundan az sayda namizədə səs verə bilərlər.
İctimai şuranın tərkibini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.2-ci maddəsinə əsasən səsvermə prosesində təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları səsvermədə iştirak edəcək şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) cari ilin 20 noyabr tarixinədək seçki komissiyasına (e-mail: shura@afsa.gov.az, əlaqə: (+994 12) 565-12-72 (daxili 137) ) təqdim etməlidirlər.
Qeyd edək ki, birgə yığıncağın forması və vaxtı barədə məlumat dünyada mövcud olan koronavirus (COVID-19) pandemiyası ilə bağlı vəziyyət nəzərə alınmaqla yaxın günlərdə Agentliyin rəsmi saytında elan ediləcəkdir.
Qeyd: Əlavə rəy və təkliflər üçün Agentliyin Qeydiyyat və sahibkarlarla iş şöbəsinə və ya yuxarıda qeyd edilən nömrələrə müraciət edə bilərsiniz.
Namizədliyi qeydə alınmış şəxslər:
Qaraşov Fərhad Arif oğlu - Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası
Eyvazov Vüqar Eldar oğlu - Azərbaycan Həkimlər Assosasiyası
Abbasov Pərvin Əkbər oğlu - Report İnformasiya Agentliyinin baş redaktorunun müavini
Salmanlı Zaur Salman oğlu - Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası
Quliyev Bəşir Şain oğlu – “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosasiyası” İctimai Birliyi
Hüseynov Eyyub Mahmud oğlu - Azad İstehlakçılar İctimai Birliyi (AİİB)
Muxtarov Orxan Fərhad oğlu - Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosasiyası
Səfərov Nazim Faiq oğlu - Azərbaycan Heyvandarlıq Assosiasiyası
Şamilov İlqar Şahvələd oğlu- "Qidalanma və sağlamlıq" İctimai Birliyi
Dostiyari Emin Nadir oğlu- Azərbaycan Qida və İçki Sənayeçiləri Assosasiyası
Babazadə Samir İsmayıl oğlu - DAİR Hotellər və Restoranlar Assosiasiyası
Əsgərova Ceyran Əsgər qızı - Azərbaycan Milli Kulinariya Assosiasiyası
Sultanova Yeganə Teymur qızı - “Azərbaycan Diabet Liqası” İctimai Birliyi
Vəliyev Asim Nazim oğlu - "Gənclərə Qayğı" İctimai Birliyi
Hüseynova Məshəti Əli qızı - “Gənclərin Töhfəsi” İctimai Birliyi
Quliyev Zaur Yunis oğlu - “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş