AQTA yanında İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib
2 Fevral 2026 12:41
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib.
Görüşdə Agentlik sədrinin müavini Balarəhim Quliyev öncə 23 yanvar 2026-cı il tarixində keçirilən növbəti seçkilər zamanı AQTA yanında İctimai Şuraya üzv seçilən 7 nəfərə fəaliyyətlərində uğurlar arzulayıb. Yeni formalaşan İctimai Şuranın qida təhlükəsizliyinin təmin edilməsinə, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə, müvafiq qərarların qəbuluna, institusional inkişafa əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Görüş zamanı Agentliyin fəaliyyət istiqamətləri, əldə edilən nəticələr, qarşıya qoyulan hədəflər, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə İctimai Şuranın üzvlərinə geniş məlumat verilib.
Tədbirdə çıxış edən İctimai Şura üzvləri səsvermə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasına, eyni zamanda seçkinin tam şəffaf və ədalətli keçirilməsinə görə AQTA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Eləcə də ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində bütün səylərini səfərbər edəcəklərini vurğulayıblar.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş