“Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
14 Mart 2025 17:35
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupu ilə görüş keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə AQTİ İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov çıxış edərək ölkəmizdə gənclər üçün yaradılan şəraitdən və könüllülük fəaliyyətinin əhəmiyyətindən bəhs edib, sağlam qidanın təbliğində “Qida Təhlükəsizliyi Könüllüləri”nin rolunu yüksək qiymətləndirib. Bildirib ki, könüllülər əhalinin maarifləndirilməsində özünəməxsus rol oynayır.
Tədbirdə “Qida Təhlükəsizliyi Könüllüləri”nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Sonra “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun illik hesabatı təqdim edilib. Qeyd olunub ki, ildən ilə könüllülərin sıraları genişlənir, onların qida sektorunun inkişafındakı rolu daha da artır. İndiyə qədər 1832 nəfər könüllü olmaq üçün müraciət edib, onlardan 350 nəfər seçilib. Könüllülərin müxtəlif tədbirlərdə iştirak etməsi, istehsalat müəssisələrinə infoturlar təşkil etməsi və əhalini sağlam qida ilə bağlı məlumatlandırması onların qida təhlükəsizliyi sahəsindəki təsirini daha da gücləndirir.
Tədbirin sonunda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən məzun könüllülərə sertifikatlar təqdim edilib.
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
AQTA İtaliyanın identifikasiya ilə bağlı təcrübəsini öyrənir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və İtaliyanın Abruzzo və Molise "Giuseppe Caporale" Eksperimental Zooprofilaktika İnstitutunun nümayəndələri arasında heyvanların identifikasiyası və qeydiyyatı sistemlərinə dair onlayn formatda görüş keçirilib. Görüşdə fərdi identifikasiyanın heyvan xəstəliklərinin erkən mərhələdə aşkarlanması, baytarlıq nəzarətinin gücləndirilməsi, habelə heyvan mənşəli məhsulların təhlükəsizliyinin və qida təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb. Tədbirdə heyvanların identifikasiyası və qeydiyyatı sahəsindəki İtaliya təcrübəsi barədə məlumat verilib. Sonda tərəflər baytarlıq nəzarəti sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş