AQTA beynəlxalq tərəfdaşlıqda fəallığını artırır
31 Oktyabr 2025 17:07
2025-ci ilin ötən dövrü Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) üçün beynəlxalq əməkdaşlığın genişləndiyi, məhsuldar və perspektivli mərhələ olub. Agentlik ölkəmizin qida təhlükəsizliyi sahəsində nüfuzunun artırılması, ixrac imkanlarının genişləndirilməsi və qlobal tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıb.
Bu müddət ərzində AQTA nümayəndələri Rusiya, Səudiyyə Ərəbistanı, Macarıstan, Çin, Polşa və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə aktiv iştirak edib. Həmçinin FAO, UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatının seminar və konfranslarında Azərbaycan təcrübəsi uğurla təqdim olunub.
Agentlik Pakistan, İran, Moldova, Macarıstan, Polşa, Səudiyyə Ərəbistanı və Çin kimi ölkələrlə əməkdaşlıq sənədləri imzalayaraq qarşılıqlı əlaqələri gücləndirib. Xüsusilə, Çin ilə fındıq və badam ixracına dair protokol Azərbaycan məhsullarının yeni və perspektivli bazarlara çıxışını təmin edən mühüm nailiyyət kimi qiymətləndirilir. Eyni zamanda, ölkəmizdən balıq məhsullarının Avropa İttifaqına ixracına razılıq əldə edilib.
AQTA həm də beynəlxalq tədbirlərin təşkilində fəal rol oynayıb. Agentliyin təşəbbüsü ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və Avropa İttifaqı ilə birgə Heyvan Rifahı Platformasının Rəhbər Qrupunun iclası, eləcə də “Elm fəaliyyətdədir” beynəlxalq konfransı keçirilib. Hər iki tədbir qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində bilik mübadiləsini təşviq edib və Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş