AQTA əməkdaşı EPPO-nun seminarında iştirak edib
17 Dekabr 2024 11:03
Fransa Respublikasının Paris şəhərində “Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) Gələcək İşləri ilə bağlı Seminar” keçirilib. Seminarda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini - Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev iştirak edib.
Seminarın təşkil olunmasında əsas məqsəd təşkilata üzv ölkələrdə bitki mühafizə vasitələrinin qeydiyyatına və bitki sağlamlığının tənzimlənməsinə cavabdeh olan qurumlara öncədən göndərilmiş sorğunun nəticələrinə əsasən, “EPPO-nun həm Fitosanitar Qaydalar, həm də Bitki Mühafizəsi Vasitələri sahəsində 2026-2030-cu illər üzrə Strateji Planı”nın inkişafı üçün ideya və təkliflərin verilməsi olub. Seminara 18 üzv ölkədən, Avropa Komissiyasından və EPPO Katibliyindən ümumilikdə 28 ekspert qatılıb.
Seminar zamanı təşkilatçılar tərəfindən EPPO-nun fəaliyyəti ilə əlaqədar verilmiş suallar əsasında səsvermə yolu ilə qiymətləndirmələr həyata keçirilib, qruplar şəklində müzakirələr aparılıb, eyni zamanda EPPO-nun bitki sağlamlığı və karantini, o cümlədən bitki mühafizəsi sahəsində hazırladığı müvafiq sənədlər, həmçinin göstərilən xidmətlərin üzv ölkələr üçün effektivliyi təhlil edilib və müzakirələr nəticəsində iştirakçılar tərəfindən təqdim olunmuş cavablar əsasında EPPO-nun gələcək işləri üzrə təkmilləşdirmələrin aparılmasına ehtiyac olan istiqamətlər müəyyən edilib.
Sonda EPPO-ya üzv ölkələrin səlahiyyətli nümayəndələrinin, habelə EPPO Katibliyi əməkdaşlarının iştirakı ilə aparılmış müzakirələrin nəticələrinə əsasən, “EPPO-nun həm Fitosanitar Qaydalar, həm də Bitki Mühafizə Vasitələri sahəsində 2026–2030-cu illər üzrə Strateji Planı”nın ilkin redaksiyası hazırlanıb.
İki gün davam edən tədbir çərçivəsində EPPO-nun gələcək işləri ilə bağlı Strateji Planın hazırlanması məqsədilə Cavidan Quliyev Agentliyin bu sahə üzrə fəaliyyət istiqamətinə uyğun ideya və təkliflərini bildirib, eyni zamanda qarşıya qoyulan suallar əsasında ölkəmizdə bitki sağlamlığı və karantini, o cümlədən bitki mühafizəsi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib və digər ölkələrin təcrübələrinin öyrənilməsi üçün fikir mübadiləsi aparıb.
Oxşar xəbərlər
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
Bitkiçilik məhsullarının ixracı davam etdirilir
Payız ixrac mövsümü ilə əlaqədar Azərbaycanın xurma, nar, üzüm və digər bitkiçilik məhsullarının ixracı davam edir. İxrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar karantin baxışı keçirilir, müvafiq analizlərin aparılması üçün nümunələr götürülür və eynilik nəzarəti həyata keçirilir. Məhsul partiyalarının idxalçı ölkələrin, eləcə də beynəlxalq standartların tələblərinə uyğunluğu yoxlanılır. Müəyyən edilmiş tələblərə cavab verən məhsul partiyalarına fitosanitar sertifikat verilir və onların ixracına icazə verilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Daha ətraflı:
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş