AQTA sədri Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinin müavini ilə görüşüb
28 Oktyabr 2025 17:47
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinin müavini Vitaliy Kulak arasında görüş keçirilib.
Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər barədə məlumat verib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin artırılması müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib.
Daha sonra ölkəmizdə baytarlıq preparatlarının istehsalı üzrə müəssisənin yaradılması sahəsində əməkdaşlığın davam etdirilməsi, Belarus Respublikasının qida obyektləri (quş, quş əti və onun sub məhsulları, eləcə də yumurta emalı və istehsalı müəssisələri) üzrə təsdiq sisteminin ekvivalentliyinin tanınması, ölkəmizdə sınaqdan keçirilmiş Belarus kənd təsərrüfatı bitkilərinin sortlarının Azərbaycanın milli reyestrinə daxil edilməsi imkanları müzakirə edilib. Eyni zamanda respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş