AQTA sədri Malayziyanın ölkəmizdəki səfiri ilə görüşüb
31 Yanvar 2024 14:52
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rza ilə görüşüb.
Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfirə məlumat verib. Həmçinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin Qanundan irəli gələn tələblər barədə məlumatlar qonağın diqqətinə çatdırılıb.
Eyni zamanda görüşdə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb. Qida, fitosanitar və baytarlıq nəzarətində olan məhsulların idxal-ixrac əməliyyatları ilə bağlı məsələlər nəzərdən keçirilib. “Halal” sertifikatlaşdırma üzrə təcrübənin öyrənilməsi məqsədilə Agentlik əməkdaşlarının Malayziyaya səfərinin təşkili müzakirə edilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş