AQTA sədri Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb
1 Mart 2024 17:41
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel arasında görüş keçirilib.
Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfirə məlumat verib. Həmçinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Azərbaycanın xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad ölkə statusunun təsdiq edilməsi, identifikasiya və izlənmə sistemlərinin tətbiqi, Avropa Birliyi ölkələrinə məhsulların ixracı ilə bağlı əldə edilən yeni nailiyyətlər diqqətə çatdırılıb.
Görüşdə daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Qazaxıstanda fəaliyyət göstərən və yüksək riskli məhsulları ölkəmizə ixrac etmək istəyən müəssisələrin qeydiyyatı, respublikamızda istehsal olunan heyvan mənşəli məhsulların, o cümlədən at ətinin Qazaxıstana ixracı, eləcə də bu ölkənin dabaq xəstəliyindən azad zonanın yaradılması təcrübəsinin öyrənilməsi məsələlərinə toxunulub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarət məqsədilə respublika üzrə fəaliyyət göstərən kəsim məntəqələrində növbəti monitorinqlər həyata keçirilib.
Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Malayziya mənşəli bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb.
AQTA və Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə qida təhlükəsizliyi, sahibkarların maarifləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi sahələrində birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb. Prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş