AQTA və İsrailin Səhiyyə Nazirliyinin nümayəndələri arasında görüş keçirilib
3 Fevral 2026 12:11
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib.
Görüşdə bioloji aktiv qida məhsulları və qida əlavələri üzrə icazə, qeydiyyat və tənzimləmə mexanizmləri, bu məhsullar üçün Azad Satış Sertifikatının verilməsi prosedurları və səlahiyyətli qurumlar barədə İsrailin təcrübəsi müzakirə olunub.
Tərəflər həmçinin pestisid qalıqlarının tənzimlənməsi, o cümlədən aktiv maddə və formulasiya üzrə qeydiyyat prosedurları üzrə təcrübə mübadiləsi aparıblar.
Görüşdə yeni növ qida məhsullarının (novel foods) qiymətləndirilməsi zamanı tətbiq edilən elmi risk qiymətləndirilməsi metodologiyaları diqqət mərkəzində olub. İsrailin müvafiq qurumları tərəfindən tətbiq olunan yanaşmalar AQTA-nın mütəxəssisləri ilə paylaşılıb. Eyni zamanda qida təhlükəsizliyi sahəsində rəqəmsal nəzarət mexanizmləri, “ağıllı” yoxlama metodologiyaları, o cümlədən Düzgün İdxalçı Statusu və Onlayn Bəyanetmə Sisteminin tətbiqi üzrə İsraildə mövcud olan təcrübə ilə bağlı müqabil tərəfdən ətraflı məlumat verilib.
Sonda bu cür görüşlərin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş