AQTA və Polşanın Baş Baytarlıq Müfəttişliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
24 Oktyabr 2025 16:07
Paytaxt Varşava şəhərində Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.
Tədbirdə AQTA və Polşanın müvafiq qurumları arasında qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığın genişləndirilməsi və davam etdirilməsi barədə razılıq əldə olunub.
İclas zamanı həmçinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyinin rəisi Pavel Meyer imzalayıblar.
Memorandumun məqsədi heyvan və ictimai sağlamlığın qorunması istiqamətində birgə səylərin gücləndirilməsi, yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması və bu sahədə qarşılıqlı əlaqələrin inkişafını təmin etməkdir.
Sənədin imzalanması dövlət baytarlıq nəzarəti, heyvan və heyvan mənşəli məhsulların ticarəti, xəstəliklərin profilaktikası, məlumat və təcrübə mübadiləsi, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahələrində birgə fəaliyyət üçün yeni imkanlar yaradacaq.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş