AQTA və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin nümayəndələri arasında görüş keçirilib
11 Avqust 2025 14:53
Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin nümayəndələri arasında taxta qablaşdırma materiallarının beynəlxalq fitosanitar tələblərə uyğun işlənməsi sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə onlayn formatda görüş təşkil olunub.
Görüşdə taxta qablaşdırma materiallarına dair Beynəlxalq Fitosanitar Tədbirlər Standartı – ISPM 15 (International Standards for Phytosanitary Measures No. 15) tələblərinin tətbiqi və istiliklə işləmə (heat treatment) təcrübəsinin öyrənilməsi müzakirə mövzusu olub.
Görüş zamanı tərəflər arasında istiliklə işləmə prosesinin texniki aspektləri, istifadə olunan avadanlıqlar, prosedurların izlənilməsi, uyğunluğun monitorinqi və sənədləşmə mexanizmləri barədə geniş fikir mübadiləsi aparılıb. Türkiyə tərəfindən bu sahədəki təcrübəyə dair ətraflı təqdimat nümayiş etdirilib.
Görüşdə ISPM 15 standartının ölkədə səmərəli tətbiqini təmin etmək məqsədilə texniki əməkdaşlığın davam etdirilməsi, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyi vurğulanıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
AQTA İtaliyanın identifikasiya ilə bağlı təcrübəsini öyrənir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və İtaliyanın Abruzzo və Molise "Giuseppe Caporale" Eksperimental Zooprofilaktika İnstitutunun nümayəndələri arasında heyvanların identifikasiyası və qeydiyyatı sistemlərinə dair onlayn formatda görüş keçirilib. Görüşdə fərdi identifikasiyanın heyvan xəstəliklərinin erkən mərhələdə aşkarlanması, baytarlıq nəzarətinin gücləndirilməsi, habelə heyvan mənşəli məhsulların təhlükəsizliyinin və qida təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb. Tədbirdə heyvanların identifikasiyası və qeydiyyatı sahəsindəki İtaliya təcrübəsi barədə məlumat verilib. Sonda tərəflər baytarlıq nəzarəti sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş