BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd Əl Bluşi AQTA-da olub
21 Yanvar 2026 17:58
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Məmmədrəhim Nəcəfov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında son illərdə siyasi, iqtisadi və digər sahələr üzrə əməkdaşlığın genişlənməsi, eləcə də mövcud potensialın daha da artırılması imkanları yüksək qiymətləndirilib. Agentlik tərəfindən BƏƏ-nin qida təhlükəsizliyi nəzarət sisteminin ekvivalentliyinin tanınması barədə qəbul edilən qərar əməkdaşlığın inkişafına töhfə kimi dəyərləndirilib.
Qeyd edilib ki, 2025-ci il ərzində Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə mal əti, quş əti, kərə yağı, qarğıdalı, kinoa, bitkiçilik və digər məhsullar idxal edilib. Eyni zamanda, Azərbaycandan qarşı tərəfə əsasən emal olunmuş ət məhsulları, süfrə yumurtaları, bitki yağları, meyvə şirələri ixrac edilib.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi də müzakirə edilib.
Müzakirələr zamanı iki ölkə arasında dəniz məhsulları, bal və digər arı məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları üzrə ümumilikdə dörd baytarlıq sertifikatının rəsmi şəkildə razılaşdırıldığı diqqətə çatdırılıb.
Eyni zamanda, Azərbaycan mənşəli, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətində olan ixracyönümlü məhsulların BƏƏ bazarına çıxışının genişləndirilməsi, habelə diri heyvanların ixracı üçün baytarlıq sertifikatlarının razılaşdırılması məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş