Azad zonaların yaradılması sahəsində Türkiyə ilə əməkdaşlıq genişləndirilir
9 Aprel 2026 12:13
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib.
Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusilə qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, bu əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycanda heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat təqdim olunub. Bu sahədə Türkiyənin təcrübəsinin öyrənilməsi imkanları müzakirə edilib. Gələcəkdə azad zonalardan Türkiyəyə heyvandarlıq məhsullarının ixracının genişləndirilməsinin xüsusi prioritet kimi müəyyən edildiyi vurğulanıb.
Zərərvericilərdən azad zonaların yaradılması, fitosanitar nəzarətin gücləndirilməsi və kənd təsərrüfatı bitkilərinin qorunması məqsədilə müasir yanaşmaların tətbiqi məsələləri nəzərdən keçirilib.
Qeyd olunub ki, risk əsaslı zərərvericilərin monitorinqi, onların xəritələşdirilməsi və mərkəzləşdirilmiş bitki sağlamlığı məlumat sistemlərinin qurulması sahəsində Türkiyənin qabaqcıl təcrübəsi öyrəniləcək və yerli şəraitə uyğunlaşdırılması üçün birgə elmi-tədqiqat layihələri həyata keçiriləcək.
Bundan əlavə, pestisidlərin, aqrokimyəvi maddələrin və bioloji preparatların qeydiyyatı prosedurlarının təkmilləşdirilməsi, istehsal və emal müəssisələrinin texniki qiymətləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türkiyənin Pendik Baytarlıq Nəzarəti İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Oxşar xəbərlər
Yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları aşkarlanıb-VİDEO
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin və DİN-in Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Malakanka” MMC-yə məxsus konservləşdirmə və ət məhsullarının emalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan ət və digər xammallar aşkarlanıb, həmçinin emal sahəsində işlənmiş fritür yağları müəyyən olunub. Emal prosesi Bakı şəhərində həyata keçirilsə də, bəzi turşu və kolbasa məhsullarının etiketlərində istehsal ünvanı kimi İsmayıllı rayonu, İvanovka kəndinin göstərildiyi müəyyən edilib. Bununla yanaşı, müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları, tərkibi, istehsal tarixi, yararlılıq müddəti və mənşəyi barədə müvafiq etiket məlumatları olmayan müxtəlif çeşidli turşu məhsulları aşkarlanıb. Eyni zamanda, müəssisənin yanındakı yarımtikilidə “Malakanka” əmtəə nişanlı süd məhsullarının təkrar istifadə üçün nəzərdə tutulmuş qablarda qanunsuz şəkildə qablaşdırıldığı məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar barəsində protokol tərtib olunub, məhsullardan laborator nümunələr götürülərək onların dövriyyəsi qadağan edilib. Yararlılıq müddəti bitmiş məhsulların məhv edilməsi və nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Link:
“The Central Point Baku” hotelinin əməkdaşları üçün HACCP təlimi keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Excelsior Hotel” MMC-yə məxsus “The Central Point Baku” hotelinin əməkdaşları üçün qida təhlükəsizliyi standartlarının yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı təmin edilməsi məqsədilə HACCP (Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sistemi üzrə təlim təşkil olunub. Təlim zamanı iştirakçılara HACCP sisteminin düzgün tətbiqi və idarə olunması, bu sahədə qanunvericiliyin tələbləri, eləcə də müvafiq sənədləşmə işlərinin aparılması barədə ətraflı məlumat verilib. Həmçinin qida zəncirinin müxtəlif mərhələlərində yarana biləcək bioloji, kimyəvi və fiziki təhlükələrin müəyyən edilməsi, qiymətləndirilməsi və qarşısının alınması, kritik nəzarət nöqtələrinin düzgün təyin olunması, eləcə də beynəlxalq gigiyena tələblərinin tətbiqi ilə bağlı praktiki bilik və bacarıqlar aşılanıb.
AQTA yanında Məşvərət Şurasının üzvü pestisidlərin təhlükəsiz istifadəsi ilə bağlı vacib məqamlara diqqət çəkib - VİDEO
Pestisidlərin, aqrokimyəvi maddələrin və gübrələrin keyfiyyətinin qorunması, eləcə də onların təhlükəsizliyinin təmin edilməsi üçün düzgün saxlanılması və elmi əsaslara uyğun tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu məhsullar istehsalçının müəyyən etdiyi temperatur və rütubət şəraitində, müvafiq tələblərə cavab verən xüsusi anbarlarda və orijinal qablaşdırmalarında saxlanılmalıdır. Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurasının üzvü, Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının üzvü Mehmet Manavoğlu bildirib. Onun sözlərinə görə, saxlanma və tətbiq qaydalarına düzgün riayət edilməsi aqrokimyəvi məhsulların keyfiyyətinin qorunmasına, insan sağlamlığına və ətraf mühitə yarana biləcək risklərin minimuma endirilməsinə xidmət edir. Ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş