Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisi məhsulunda uyğunsuzluq aşkarlanıb
17 İyun 2025 16:11
Nəzarət tədbirləri çərçivəsində "Frozen Products" MMC-nin Rusiyadan idxal etdiyi “Куриное Царство” müəssisəsinin istehsalı olan (30.03.2025 - 26.09.2025 istehsal və son istifadə tarixli) 1.3 ton dondurulmuş toyuq dərisi məhsulu partiyalarında müayinələr nəticəsində nümunələrdə salmonella aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar AQTA tərəfindən müvafiq tədbirlər görülüb, Rusiyanın müvafiq qurumuna ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.
Oxşar xəbərlər
Heyvanları peyvənd edərkən ən vacib qaydalar!
Dövlət tərəfindən həyata keçirilən vaksinasiyalar sayəsində heyvanlar təhlükəli xəstəliklərdən qorunur və təsərrüfat daha təhlükəsiz olur. Peyvəndləmə aidiyyatı dövlət qurumu ilə bağlanmış müqavilə əsasında fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq mütəxəssisləri tərəfindən icra edilir. Peyvəndləmədən öncə hazırlıq görülməli, hansı xəstəliyə qarşı peyvənd aparılacağı barədə fermer və ya ailə təsərrüfatının sahibi məlumatlandırılmalıdır. Vaksinin son istifadə tarixi, saxlanma şəraiti (“soyuq zəncir” rejimi) mütəxəssis tərəfindən fermerə göstərilməlidir. Baytar mütəxəssis fərdi mühafizə vasitələrindən istifadə etməlidir. Peyvəndlənəcək heyvan klinik müayinə edilərək sağlamlıq vəziyyəti qiymətləndirilməlidir. Vaksin yalnız tam sağlam heyvanlara vurulmalıdır. Xəstə, zəifləmiş və ya yüksək hərarəti olan heyvanları peyvəndləmək olmaz. Peyvəndləmənin icrası zamanı hər bir heyvan üçün fərdi steril iynələrdən istifadə edilməli, inyeksiya nahiyəsi dezinfeksiya olunmalıdır. Vaksinin növündən asılı olaraq (əzələdaxili, dərialtı və ya burun-ağız boşluğuna) istehsalçı təlimatında göstərilən dəqiq dozada vurulmalıdır. Heyvanda yarana biləcək allergik reaksiyalar və ya yan təsirləri izləmək üçün o, bir neçə dəqiqə baytar mütəxəssisin nəzarətində olmalıdır. Peyvəndləmə haqqında məlumatların uçotu qeyd edilməlidir. Fermerə bu barədə yazılı məlumat verməlidir. Qarşılaşdığınız hər hansı problem və ya sual üçün 1003 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Heyvan bazarlarında identifikasiya tədbirləri həyata keçirilir - Video
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarında epizootoloji sabitliyin qorunması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə baytarlıq nəzarəti tədbirləri gücləndirilir. Bu çərçivədə qəbul edilmiş tələblərə əsasən, identifikasiya olunmamış heyvanların bazarlara daxil olmasına məhdudiyyət tətbiq ediləcək. Qərarın əsas məqsədi heyvanların sağlamlıq vəziyyətinə nəzarətin effektiv təşkili, xəstəliklərin vaxtında aşkarlanması və qarşısının alınmasıdır. Heyvanların identifikasiyası onların mənşəyinin izlənilməsi, aparılmış baytarlıq tədbirlərinin qeydiyyatı və ümumilikdə epizootoloji nəzarətin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bildiririk ki, heyvan satışı bazarlarının iştirakçıları, o cümlədən sahibkarlar və heyvan mülkiyyətçiləri heyvanları bazara gətirməzdən əvvəl onların müvafiq qaydada identifikasiyasını təmin etməlidirlər. AQTA heyvan bazarı sahiblərini və heyvan mülkiyyətçilərini müəyyən edilmiş baytarlıq-sanitariya qaydalarına ciddi riayət etməyə çağırır. Ətraflı:
Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "III Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “III Qida sənayesi və qida təhlükəsizliyi” Forumu keçirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş