12 may – Beynəlxalq Bitki Sağlamlığı Günüdür
12 May 2026 15:04
12 may – Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə dünya ictimaiyyətinin diqqəti bir daha bitkilərin qorunmasının strateji əhəmiyyətinə yönəlir. Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilən bu əlamətdar gün bitki sağlamlığının ərzaq təhlükəsizliyi, biomüxtəlifliyin qorunması, ətraf mühitin mühafizəsi və davamlı iqtisadi inkişaf üçün mühüm rolunu ön plana çıxarmaq məqsədi daşıyır.
Bitki sağlamlığı insan, heyvan və ətraf mühit sağlamlığı ilə birbaşa əlaqəlidir. Sağlam bitkilər təhlükəsiz və keyfiyyətli qida təminatının əsasını təşkil etməklə yanaşı, ekoloji tarazlığın qorunmasına və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verir.
Bu gün dünyada istehlak olunan qidanın 80%-i və udduğumuz oksigenin 98%-i bitkilər hesabına təmin edilir. Bununla yanaşı, hər il kənd təsərrüfatı məhsullarının 40%-ə qədəri müxtəlif zərərvericilər və xəstəliklər səbəbindən itirilir. Bu isə qlobal ərzaq təhlükəsizliyinə və iqtisadi sabitliyə ciddi təsir göstərir.
Qlobal ticarətin genişlənməsi, beynəlxalq daşımaların intensivləşməsi və iqlim dəyişiklikləri yeni fitosanitar risklərin yaranmasına səbəb olur. Zərərli orqanizmlərin yayılma coğrafiyasının genişlənməsi bitki sağlamlığının qorunması istiqamətində qabaqlayıcı tədbirlərin əhəmiyyətini daha da artırır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində bitki sağlamlığının qorunması, zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirləri davam etdirir.
Bitki sağlamlığının qorunması qida təhlükəsizliyinin, ətraf mühitin və sağlam gələcəyin təmin olunmasıdır
Oxşar xəbərlər
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsi tərəfindən Milli Monitorinq Planı çərçivəsində region ərazisində yerləşən fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb. Monitorinqlər zamanı əsas diqqət karantin tətbiq edilən Qəhvəyi mərmər bağacığının aşkarlanmasına və ona qarşı fitosanitar tədbirlərin gücləndirilməsinə yönəldilib. Bu məqsədlə Zaqatala rayonundan Danaçı, Fındıqlı, Maqov, Dağlı, Muğanlı, Faldarlı, 3-cü Tala kəndlərində, Balakən rayonundan isə İtitala, Xalatala, Gərəkli, Poçtbinə, Mazımqara, Şərif, Yeni Şərif kəndlərində yerləşən bağ sahələrində müşahidələr aparılıb və xüsusi feromon tələlər quraşdırılıb. Zərərverici aşkarlanmış sahələrdə aqrotexniki və biotexniki tədbirlər barədə fermerlər və aidiyyəti qurumlar operativ şəkildə məlumatlandırılıb, zəruri fitosanitar tədbirlərin həyata keçirilməsi tövsiyə olunub.
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Göyçay rayonunun Potu, Hüngütlü, Mallı - Şıxlı, Məlikkənd, Ləkçıplaq və Ağdaş rayonunun Ərəbocağı, Nehrəxəlil, Yeniarx kəndləri, habelə Saatlı rayonunun Sarısu ərazisi, Hacıqasımlı kəndində, Sabirabad rayonunun Bulduq və Nizami kəndlərində, həmçinin Beyləqan rayonunun Türklər kəndi ərazisində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib.
Bərdə, Ağcabədi və Tərtərdə fitosanitar monitorinqlər keçirilib
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Bərdə rayonunun Qazıqurdalı, Samuxlu, Qaraqoyunlu və Qaradəmirçilər kəndlərində, Ağcabədi rayonunun Minaxorlu kəndi və Hindarx qəsəbəsində, həmçinin Tərtər rayonunun Borsunlu, Hacıqərvənd, Xoruzlu və Kəngərli kəndlərində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib. Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara karantin tətbiq edilən zərərli orqanizmlər, mübarizə tədbirləri, eləcə də pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Monitorinqlər çərçivəsində Qəhvəyi mərmər bağacığına qarşı feromon tələlər asılıb. Eyni zamanda sirayətlənmə əlamətləri müşahidə edilən təsərrüfatlardan nümunələr götürülərək müvafiq laboratoriyalara təqdim olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş