5 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub
9 Mart 2021 14:33
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 5 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 27 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. Həmin tarixdə 5 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
|
№ |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
|
1 |
Bayramov Ayaz Şamil oğlu |
Pərakəndə satış |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
|
2 |
İsmayılov Səyyad Sadıq oğlu |
Pərakəndə satış |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
|
3 |
Hüseynov Samir Zakir oğlu |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
|
4 |
Kamalova Kəmalə Bəyməmməd qızı |
İlkin istehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
|
5 |
Şıxıyev Samir Rasim oğlu |
İctimai iaşə |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Oxşar xəbərlər
Bərdədə Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri həyata keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Bərdə rayonunda Amerika ağ kəpənəyinin yayılma vəziyyətinin öyrənilməsi və əhalinin zərərverici ilə mübarizə üsulları barədə maarifləndirilməsi məqsədilə fitosanitar monitorinq və maarifləndirmə işi aparılıb. Tədbirlər rayonun Alaçadırlı, Zümürxan və Qasımbəyli kəndlərində, eləcə də yolkənarı ərazilərdə aparılıb. Zərərvericinin yayılmasının qarşısının alınması məqsədilə mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Göyçayda Gavalının cibcibə virusu aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri həyata keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin karantin tətbiq edilən zərərli orqanizmlərdən mühafizəsi və onların yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Bu çərçivədə Göyçay rayonunun Mallı-Şıxlı kəndində fiziki şəxs Mədinə Adil qızı Karahana və hüquqi şəxs “Göynar Agro” MMC-yə məxsus meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb. Şaftalı və nektarin bitkilərindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – Gavalının cibcibə virusu aşkarlanıb. Virus ocağının ləğv edilməsi məqsədi ilə fitosanitar mübarizə tədbirləri görülüb.
Amerika ağ kəpənəyinə qarşı monitorinqlər davam edir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsi tərəfindən Amerika ağ kəpənəyinin (Hyphantria cunea) yayılmasının qarşısının alınması, zərərvericinin zamanında aşkarlanması və əhali arasında məlumatlılığın artırılması məqsədilə Zaqatala və Qax rayonlarının müxtəlif kəndlərində monitorinq və maarifləndirmə tədbirləri həyata keçirilib. Amerika ağ kəpənəyinin aşkar edildiyi ərazilər qeydə alınaraq, həmin sahələrdə müvafiq fitosanitar tədbirlərin görülməsi üçün aidiyyəti qurumlar və məsul şəxslər məlumatlandırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş