Amerika ağ kəpənəyinə qarşı fitosanitar tədbirlər davam etdirilir
28 İyul 2026 14:47
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsi tərəfindən Amerika ağ kəpənəyinin (Hyphantria cunea) yayılmasının qarşısının alınması və vaxtında mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə 23–24 iyul tarixlərində Balakən və Zaqatala rayonlarında növbəti fitosanitar monitorinqlər aparılıb.
Monitorinqlər Balakən rayonunun Kortala, İtitala, Püştətala və Roçəhməd kəndlərində, eləcə də Zaqatala rayonunun Aşağı Tala, 3-cü Tala və Göyəm kəndlərində həyata keçirilib. Müşahidələr zamanı zərərvericinin uçuş dinamikasının izlənilməsi üçün feromon tələlərə baxış keçirilib, tələlərə düşmüş yetkin fərdlər uçota alınıb və populyasiyanın davamlı monitorinqi məqsədilə əlavə feromon tələləri quraşdırılıb.
Monitorinq nəticələrinə uyğun olaraq, zərərvericinin aşkarlandığı budaq və torlu yuvaların mexaniki üsulla kəsilərək məhv edilməsi, zərurət yaranan ərazilərdə isə təhlükəsizlik qaydalarına riayət edilməklə lokal kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi barədə aidiyyəti qurumlara müvafiq tövsiyələr verilib.
AQTA vətəndaşları, bələdiyyələri və təsərrüfat subyektlərini həyətyanı sahələrdə, park və yaşıllıq ərazilərində, eləcə də meyvə bağlarında mütəmadi fitosanitar müşahidələr aparmağa çağırır. Amerika ağ kəpənəyinə məxsus tor yuvaları və tırtıllar aşkar edildiyi halda onların vaxtında mexaniki üsulla məhv edilməsi, zərurət yarandıqda isə müvafiq mütəxəssislərə müraciət olunması tövsiyə edilir.
Erkən mərhələdə həyata keçirilən fitosanitar tədbirlər zərərvericinin geniş ərazilərə yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş