AQTA 161 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirdi, 95 müəssisədə qayda pozuntusu aşkarladı
7 İyul 2020 17:25
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
06 iyul 2020-ci il tarixində AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 51 ictimai iaşə obyekti, 110 ərzaq satışı mağazası olmaqla ümumilikdə 161 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 95-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Cavid”, “Oba”, “Neptun” (Tblisi prospekti), “Neptun” (C.Məmmədquluzadə küçəsi), “Sweet home”, “Ucuz”, “Ailə”, “Dadaş”, “Elnur”, “Möcüzə”, “Qarabağ” marketlər, Novruzov Adil Ağabala oğluna, Aslanova Fatimat Əhməd oğluna, Hüseynova Xuraman Güloğlan oğluna, Quliyeva İradə Kamal qızına, Əliyeva Şəfəq Hüseynağa qızına, Eyyubov Rüstəm Nüsrət oğluna, Kazımova Humay Fəttah qızına, İmanov Fikrət Şahbala oğluna, Əliyeva Sənubər Tanrıverdi oğluna, Vəliyev Sənan Məhiyəddin oğluna məxsus ərzaq mağazaları, “İnkişaf-İnvest İstehsalat Kommersiya” firmasına məxsus 28 May bazar, "Sabunçu-Bazar" ASC-yə məxsus 5 saylı Kolxoz bazar, "Çamaşırxana kombinatı" ASC-yə məxsus Kəndli Yarmarkası, "Əlincə A" MMC-yə məxsus Biləcəri bazar, "Təbriz" kiçik müəssəsinə məxsus Keşlə bazar, "Ticarət mərkəzi-6" ASC-ə məxsus 6 saylı bazar, Adil Paşayev Süleyman oğluna məxsus 15 saylı bazar, "Sahil Ticarət" MMC-yə məxsus Sahil bazar, "Qaya M LTD" MMC-yə məxsus Yaşıl bazar, "Şamxal" kiçik müəssisəsinə məxsus Binə bazar, "Xəyal" Ticarət mərkəzində fiziki şəxs Xəyal Rəcəbli Fikrət oğluna məxsus Maştağa bazar, “Nəzrin-E” MMC-yə məxsus bazar, “Kəngərli” firmasına məxsus bazar, "Suraxanı-Bazarı" ASC-yə məxsus Suraxanı bazarı, "Vüqar-2" firmasına məxsus bazar
Digər şəhər və rayonlar üzrə:
Sumqayıt şəhərində “Araz Supermarket”, “Bakı” və “Stop” ərzaq mağazaları
Quba rayonunda Rzayeva Gülüstan Mirsaleh qızına məxsus market, Əfruz Rövşən Sevda Murtuz qızına məxsus şirniyyat mağazası, Məmmədov Zöhrab Əhmədağa oğluna və Səfərəliyev Nazim Kazım oğluna məxsus kafelər
Salyan rayonunda “Səma”, “Bərəkət” və “Mini” marketlər, İsmayılova Sevindik Əvəzağa oğluna məxsus kafe
İsmayıllı rayonunda “Qoşa bulaq”, “434”, “Azad”, “Final” marketlər, Adıgözəlov Murad İlham oğluna məxsus ət satışı mağazası, “Kəndimiz” və Ağayev Elşən Məhəbbət oğluna məxsus kafelər
Göyçay rayonunda “Bolluq”, “Ruzi” marketlər, Qasımov Rəşad Çingiz oğluna, İsmayılov Ağababa Məhəmməd oğluna məxsus ərzaq mağazaları, Nəzərov Şahsuvar Eldəniz oğluna məxsus kafe, İbadov Babək Abdulla oğluna məxsus şirniyyat mağazası
Ağsu rayonunda Həsənov Rəşad Tahir oğluna məxsus kafe
Kürdəmir rayonunda “Ehtiram”, “Nasir” və “İbrahim” ərzaq mağazaları
Masallı rayonunda Cavadova Zərifə Mehrab qızına məxsus “Yağmur” market
Bərdə rayonunda “Bolmart” və “Oba” marketlər
Balakən rayonunda Qasımova Adilə Ramiz qızına məxsus ərzaq mağazası
Oğuz rayonunda Əzizov Fərid Natiq oğluna məxsus ərzaq mağazası
Şəki şəhərində Məmmədov Xəqani Qurban oğluna, Alxasov İsgəndər Elman oğluna, Qaragözov Akif Əli oğluna məxsus ərzaq mağazaları
Naftalan şəhərində Bayramov Cavid Xaləddin oğluna və Quliyev Rasim Allahverdi oğluna məxsus marketlər
Gəncə şəhərində “Meqa Store” ərzaq mağazası
Tovuz rayonunda “Mehdi”, “Qardaşlar”, “Samirə”, “Azad”, “Əli”, “Qarabala”, “Bahar” və “Yunis” ərzaq mağazaları, “Tovuz”, “Yeni Həyat”, “Nuş olsun”, “Ocaq” kafeləri
Ucar rayonunda “Real”, “Nur”, “Mega”, “Mini” marketlər və Cəfərov Seymur Məhəmməd oğluna məxsus ərzaq mağazası, “Tonqal”, “4 yol” və Abdullayev Yusif Cəmil oğluna məxsus kafelər
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş