AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb
6 May 2024 10:53




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bitki zərərvericilərinin yayılması zamanı yarana biləcək fəsadlara dair yeni videoçarx hazırlanıb.
Videoçarxda zərərverici və xəstəliklərin, eləcə də iqlim dəyişikliklərinin qida bitkilərinin məhsuldarlığına vurduğu ziyan haqqında məlumat verilib. Eyni zamanda zərərvericilərə qarşı zəruri mübarizə tədbirlərinin aparılmamasının məhsul itkisinə və iqtisadi zərərlərə səbəb ola biləcəyi bildirilib. Qeyd olunan halların baş verməməsi üçün ilk növbədə profilaktik tədbirlərin həyata keçirilməsinin, zərurət yarandığı təqdirdə isə uyğun pestisid tətbiq edilməsinin vacib olduğu vurğulanıb. Sağlam bitkilərin sağlam ətraf mühit şəraitində inkişaf edə biləcəyi önə çəkilib.
Qeyd edək ki, sahibkarlıq subyektləri bu videoçarx vasitəsilə bitki zərərvericilərinin yayılması zamanı yarana biləcək fəsadlar və bitki xəstəlikləri ilə mübarizə üsulları barədə ətraflı məlumat əldə edə biləcəklər.
AQTA tərəfindən hazırlanan bitki zərərvericilərinin yayılması zamanı yarana biləcək fəsadlara dair yeni videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Oxşar xəbərlər

Elektron siqaretlərin təhlükələri və mübarizə tədbirləri
Son illər aparılan tədqiqatlar göstərir ki, bəzi ölkələrdə elektron siqaretlərin istifadəsi böyüklərlə müqayisədə gənclər arasında daha yüksək səviyyəyə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyanın müxtəlif regionlarında 13-19 yaşlı yeniyetmə və gənclər arasında elektron siqaret istifadəsi 2017-2022-ci illər arasında 2-3 dəfə artıb. Bu tendensiya isə narahatlıq doğurur, çünki elmi tədqiqatlar veyp istifadəsinin tənəffüs sistemi, ürək-damar sağlamlığı, həzm sistemi və beyin inkişafına mənfi təsir etdiyini sübut edir. Videoya keçid üçün link: https://youtube.com/shorts/Jj5NlYl9H-k?si=4Xw03kboJD13KxfT

Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.

İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı
Zaqatala şəhəri, Ç.Atalov küçəsində fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Fəryad Fərhad oğluna məxsus “Fəryad” ictimai iaşə müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
